Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Smailovu yenidən Qazaxıstanın baş naziri təyin edib
Tokayev Smailovu yenidən Qazaxıstanın baş naziri təyin edib

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev cümə axşamı Əlixan Smailovu yenidən respublikanın baş naziri təyin edib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan prezidentin sərəncamında deyilir: “Smailov Əlixan Asxanoviç Qazaxıstan Respublikasının Baş naziri təyin edilsin", - məlumatda bildirilir.

Qeyd edək ki, Smaylov 2022-ci ilin yanvarından respublika hökumətinə rəhbərlik edir.

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları cümə axşamı keçirilən iclasda respublikanın baş naziri vəzifəsinə Əlixan Smailovun namizədliyini təsdiqləyiblər. “Əlixan Smailovun namizədliyinin lehinə 82 deputat, əleyhinə 7 deputat səs verib, 8 deputat bitərəf qalıb”, - deyə Milli Məclisin sədri Yerlan Koşanov bildirib.

Xüsusilə də müxalifətdə olan Ümummilli Sosial Demokrat Partiyası Smailovun namizədliyinə qarşı çıxıb.

Çərşənbə günü dövlət başçısı Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə fəaliyyət göstərməyi tapşıran fərman imzalayıb. Əvvəllər parlamentdəki siyasi partiyaların fraksiyaları ilə məsləhətləşmələrdən sonra prezident palatanın razılığını almaq üçün Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizəd təklif etmişdi.

50 yaşlı Əlixan Smailov 2020-ci ilin mayından Qazaxıstan baş nazirinin birinci müavini vəzifəsində çalışır. 2019-cu ilin fevral ayından Baş nazirin birinci müavini - maliyyə naziri, müxtəlif illərdə maliyyə naziri, prezidentin köməkçisi vəzifələrində çalışıb.

Çərşənbə günü dövlət başçısı imzaladığı fərmana əsasən, Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini yerinə yetirmək tapşırılıb. Baş nazir yeni hökumətin strukturu və tərkibi ilə bağlı təkliflərini təyin edildikdən sonra on gün ərzində prezidentə təqdim edir. Parlamentin aşağı palatasının komitələrinin iclaslarında deputatlar bir sıra müvafiq nazirlərin namizədliyi ilə bağlı razılığa gəlməlidirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »