Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Ukraynaya 12 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək
Almaniya Ukraynaya 12 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək

Almaniya hökuməti Ukraynaya 12 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək.

APA xəbər verir ki, Bundestaqın Büdcə Komitəsi Almaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin (XİN) çərşənbə günü etdiyi müraciətinə “yaşıl işıq” yandıraraq büdcədənkənar xərclərə icazə verib.

Bildirilib ki, həmin xərclərə 2023-cü ildə 3,2 milyard avronun ödənilməsi və 2024-2032-ci illər periodunda 8,7 milyard avro dəyərində kredit xətləri daxildir.

Koalisiya hökumətini komitədə təmsil edən üç siyasətçi “Reuters“ə bildirib ki, Ukrayna bu maliyyə vəsaiti ilə Almaniya hökumətinin dəstəyi ilə birbaşa olaraq silah-sursat ala biləcək.

Qeyd edək ki, Almaniya XİN-in məlumatına görə, Berlin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Kiyevə 14,2 milyard avrodan çox yardım edib.

Son xəbərlər
Bütün xəbərlər »