Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran hər dəfə Azərbaycanı hədələyəndə öz daxilində vəziyyət qarışır"
"İran hər dəfə Azərbaycanı hədələyəndə öz daxilində vəziyyət qarışır"

İran... Dünyanın qara yarası... Tarixən İranın müsəlman dövlətlərinə qarşı təcavüzkar davranışlaırna şahid olmuşuq. Bu günlərdə SEPAH-a yaxın KİV -lərdə Azərbaycan bayrağını dəlib keçən”SHAHED” PUA-larının rəsmi əks olunmuş bir foto yer alıb. Eyni zamanda bu təbliğat mənbələri Qarabağla bağlı yaxın iki həftə ərzində müəyəyn dəyişikliklərin olacağını yazır, ilhaqdan söhbət açırlar... Yəni İran yenə də dini dinindən olan (bu artıq son zamanlar şübhə doğurur) müsəlman dövlətə qarşı, Azərbaycana qarşı hədə dili ilə danışmağa başlayıb.

“Türkmənçay”, “Gülüstan” müqavilələri bağlanılan zaman, yəni həmin dövrdə müharibələri Rusiya aparıb və Azərbaycan xanlıqlarının ərazilərinə soxulub. Sonra da Qacar dövlətinin ərazisinə hərəkət edib. Düzdür, müasir fars rejimi ilə o vaxtkı Azərbaycan Qacar dövlətini səhv salmaq olmaz. Tam fərqli məsələlərdir. İndiki fars rejimi Rusiyanın, Fransanın, bir sıra Qərb ölkələrinin dəstəyi ilə möhkəmlənib, güclənib. Ancaq Azərbaycanla açıq müharibə etməyə heç vaxt cürət etməz.

Bu barədə Bizimyol.info xəbər portalına tarixçi-politoloq Rizvan Hüseynov danışıb. Onun sözlərinə görə əksər hallarda İran öz proksilərindən yəni gizli qüvvələrindən, terror qüvvələrindən istifadə edir. Ancaq Azərbaycan kimi ölkəyə də birbaşa təhdid hücum eləmək imkani İranda yoxdu. Çünki İran bunu etsə böyük bir tələyə düşəcək.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

“Əgər bu baş verərsə, bu məsələdə İsrail və ABŞ birbaşa Azərbaycana dəstək verəcək. Türkiyə də, hərbi texniki dəstəyini əsirgəməyəcək. Pakistan və bir sıra ölkələr, İngiltərə başda olmaqla bu məsələdə İranı daxildən çökdürəcəklər. İran hər dəfə Azərbaycana qarşı nəsə təhdidlə çıxış edəndə İranın daxilində vəziyyət qarışır. Biz bunu görürük”-deyən politoloq bildirib ki, hazırda İranın daxili siyasəti, daxili vəziyyəti çox mürəkkəbdir. Ona görə İranın bu məsələdə ciddi atdım atmağı inadırıcı deyil.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »