Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan İranla İsrail arasında poliqona çevrilməməlidir"
"Azərbaycan İranla İsrail arasında poliqona çevrilməməlidir"

“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”... Bu sözləri İsrailin Xarici işlər naziri Eli Kohen deyib. Kohen bəyan edib ki, biz İrana qarşı birgə hərəkət etməliyik.

“Məlumat yayılıb ki, Çində İsraillə İran arasında gizli danışıqlar aparılır, vəziyyətin normallaşmasından söhbət gedir. Amma bir reallıq var ki, İranla İsrailin münasibtələrinin normallaşması mümkün deyil. Çünki öz siyasətini son 40 ildə anti-İsrail ritorikası, “Qüdsün azadlığı” şüarları altında qurub. Bununla da, əsasən də şiə çoxluğu olan ölkələrdə öz siyasətini yürüdür. Fələstinin İslam dünyasında əsas müdafiəçisi kimi özünü göstərir. İranın İsraillə barışıq etməsi bütün siyasətinin iflası deməkdir. İran isə buna getməz”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiyanın” sədr müavini Əhəd Məmmədli danışıb. Onun sözlərinə görə, eləcə də İsrail Səddam Hüseyn sıradan çıxandan sonra anti -İran siyasəti qurub. Buna görə də Amerikadan, qərb ölkələrindən dəstək alıb. İsrail də bundan imtina edən deyil.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Bu səbəbdən də İsrail İran münaisbətlərinin normallaşmasına skeptik yanaşdım. İsrailin Xarici İşlər Nazirinin Azərbaycanda baş verən hadisə ilə bağlı anti-İran açıqlaması, açıq şəkildə İranı ittiham etməsi bir daha mənim fikrilərimi təsdiqlədi. İranın təhdid və qorxu xarakterli siyasəti qarşısında Azərbaycan Türkiyədən dəstək almalıdır. İsrail də Azərbaycana dəstək versə, almalıdır. Azərbaycanın özünü müdafiə etmək hüququ var.

Azərbaycan həmçinin İranla İsrail arasında poliqona çevrilməməlidir. Bunu da bacarmaq lazımdır. Azərbaycan rəsmilərinin bu günlərdə açıqlaması oldu ki, Azərbaycandan İrana qarşı heç bir dövlət istifadə edə bilməz. Azərbaycan buna imkan verməz. Azərbaycan bu iki məsələni balanslı aparmalıdır”-deyən politoloq bildirib ki, İran bu siyasətini davam etdirsə, anti Azərbaycan ritorikasını gücləndirsə, Azərbaycana qarşı provakasiyalar artırılsa, təbii ki, Azərbaycan da ona dəstək verən hər bir çox ölkədən, o cümlədən İsraildən dəstək ala bilər. Bu, Azərbaycanın təbii hüququdur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »