Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygölə... qatarla səyahət
Azərbaycan turizmdə daha bir ilkə imza atdı

Bu, Azərbaycanda bir ilkdir; “Azərbaycan Dəmir Yolları” QSC və “Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb. İlk turist qatarı Gəncəyə yola düşdü. Mən də həmin qatarda – həmin layihədə iştirakçı oldum.

Məlumat üçün bildirim ki, Bakıdan 375 km məsafədə yerləşən Gəncə şəhəri – Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir. Burada iki iqlim zonasını – mülayim-isti yarımsəhra və quru çöl iqliminin, həmçinin ,mülayim isti iqlim zonasının bir növ sərhədidir.

Gəncə – müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. 1918-ci ildə – Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olub.Gəncədən bir qədər cənubda Murovdağın şimal ətəklərində, dəniz səviyyəsindən 1566 metr yüksəklikdə yerləşən Göygöl haqlı olaraq, Azərbaycan göllərinin incisi hesab edilir. Kəpəz dağının zirvələrindən biri uçaraq , Ağsu çayının qabağını kəsib və beləliklə, Göygöl yaranıb .

Buradakı Göygöl dövlət qoruğu 1925-ci ildə yaradılıb və Qafqazda bir ilkdir. Qoruq əsas hissədən və “Eldar Şamı meşəsi” adlanan filialdan ibarətdir. Qoruğun hissələri arasında 80-85 kilometr məsafə var. Meşələrdən və dağ çəmənlklərindən ibarət qoruqda Göygöl, Maralgöl, Zəligöl və başqa dağ gölləri var.

Bura iki günlüyə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı marşrutu ilə səyahət etdik. İnfoturda turizm şirkətlərindən və media orqanlarından 54 nəfər iştirakçı vardı. Bunun üçün “Azərbaycan Dəmir Yolları” QSC 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti tipli vaqon ayırmışdı.

Qatarda səfər üçün şərait çox yüksək idi. Səhər saatlarına qədər rahat dincələn  tur iştirakçıları yerlərin təmiz, səliqəli və rahat olmasından razı qalmışdılar. İstədiyimiz vaxt çay verirdilər. Səhər Gəncədə qatardan endik, qatarın isə hələ Ağstafaya və Qazaxa qədər yolu vardı (Səfər bitəndən sonra da bu qatarla qayıtdıq).

Səhər yeməyindən sonra avtobusla Göygölə getdik. Burda təbiətin necə gözəl olduğunu təsvir etməyə gərək yoxdur. Meşə yolları iilə Göygölə qalxdıq. Yol boyunca ərəb turistlərlə, məktəblilərlə, ailəliklə gələnlərlə qarşılaşırdıq. Turistlər xatirə şəkilləri çəkdirir, gölün əsrarəngiz gözəlliyinə tamaşa edirdilər. Burda plakatlardan birində: ”Qayaların, ağacların üzərinə çıxmaq qadağandır”. Görünür, həm təhlükəsizlik, həm təbiətin qorunması məqsədi daşıyırdı. Çay süfrəsində müxtəlif tərəvəz otlarından dəmlənmiş çaylardan içdik. Burda – dağların ətəyində samovar çayı içməyin ayrı yeri vardı. Ağız dadımız bir günlük də olsa, dəyişdi.

Çay süfrəsində “Railtravel” şirkətinin direktoru Oqtay Aslanov jurnalistlərə və turizm şirkətinin nümayəndələrinə layihə ilə bağlı məlumat verdi. O dedi ki, dəmir yolu ilə səyahətin ən əsas üstünlüyü onun təhlükəsiz olmasıdır: “Qatarla səyahət həm də başqa nəqliyyat vasitələri ilə müqayisədə daha rahat və komfortludur. Qatarla səhayətlər sərnişinlər üçün hər zaman maraqlı olub. Bu nəqliyyat növü ilə səyahət tələbələrin, şagirdlərin daha təhlükəsiz və maraqlı səyahət etməsi üçün çox yaxşı fürsət olacaq. Üstəlik, qiymətlər də olduqca münasibdir. Məsələn, SV qatar 18 nəfər üçün 1100  manat, KP – 36 nəfər 1 200 manat, PL – 54 nəfərlik 1 512 manat və ailələr üçün xidməti vaqon 900 manat nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinası, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib”.Oqtay Aslanov dedi ki, dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.

Bu arada qeyd edim ki, Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən ilk səfər zamanı  tur iştirakçılarına  Göygöl Milli Parkı, Maralgöl Qoruğu, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, “Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib. Dəmir yolu səfərlərinin tələb əsasında cənub, qərb, habelə şimal rayonlarına təşkil olunması nəzərdə tutulub.

Oqtay Aslanov dedi ki, qatarla ölkədaxili turların təşkilinə Yaponiyada və Avropanın əksər ölkələrində üstünlük verilir: “İnanıram ki, Azərbaycanda da bu bir ilk olaraq çox böyük nailiyyət qazanacaq”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elbariz Məmmədov dedi ki, dəmir yolarında çox dəyişikliklər var: “Əvvəllər 9 saata getdiyimiz Qərb istiqamətində indi daha az vaxtda mənzil başına çatmaq olur. İndi sərnişin qatarları saatda 100 kilometr, yük qatarları isə saatda 80 kilometr məsafə qət edirlər. Yoldəyişənlər dəmir-beton şpalların üzərində qurulub. Bu şpallar ölkədə istehsal olunsa da, içərisindəki detallar xarici ölkələrdən, o cümlədən, Almaniyadan sifariş edilir. Bundan başqa, dəmir yolunun kontakt şəbəkəsi, rabitə-işarəvermə sistemi yenilənir. Vaqon parkı çox sürəylə təzələnir. Son vaxtlar 3100 ədəd vaqon alınıb. Bildiyiniz kimi, Bakı-Sumqayıt yolu Azərbaycanda ən böyük sosial sifarişlərdən biri idi. İndi bir gün ərzində bu istiqamətdə gedən qatarlar 5000 nəfərdən çox sərnişin daşıyır. Tranzit yüklərin də cəlb olunmasına çalışırıq. Artıq Gürcüstanla konteyner daşımaları ilə bağlı ilk qatarımız gəldi. Başqa ölkələrdən də yükdaşımaları artırmaq planlarımız var. “Azərbaycan Dəmir Yolları” QSC ölkədə turizmi inkişfına da öz töhfəsini verməyə çalışır. Bu məqsədlə turizm şirkətləri ilə əməkdaşlığa başlamışıq. Bunun üçün dəmir yolunun həm vaqonları, həm xidməti personalı var. Hazırda təqdimatını keçirdiyimiz layihə də bu məqsədə xidmət edir. Bunu ölkədaxili turlar vasitəsilə də, Gürcüstana, İrana, Türkiyəyə də həyata keçirmək mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra bu perspektiv də mümkün olacaq”.

Göygöl ərazisində otellərdə turistərin qəbulu ilə məşğul olan Nicat Məhərrəmov jurnalislərə dedi ki, ərazidə 5 ədəd otel korpusu və kotteclər fəaliyətdədir: “Kottecllərimiz əsasən 2 nəfər üçün nəzərdə tutulub. Qiyməti 1 dəfə səhər yeməyi daxil olmaqla 60 manatdır. Korpuslarımızda qiymətlər isə yerləşdiyi ərazi və mənzərəyə görə dəyişir. Murov korpusunda 2 nəfərlik otaqlarımız , standart olaraq 90 manatdan, VİP otaqlarımızda isə qiymətlər 110 manatdan başlayır. Yəni , bu əsasən ailəvi , uşaqla gələn turistərimizə aiddir. Əlavə 165, 220, 440 manatlıq olmaqla otaqlar var. 1540 manata otaqlar əsasən 2 yataq və 1 qonaq otağından ibarətdir . “Kəpəz 2” korpusu isə “Kəpəz villa” adlanır. korpusda 3 yataq otağı, 1 hamam- tualet ailə üçün nəzərdə tutulub . Yataq otağının biri genişdir və qonaqların istirahəti üçün ora divan, kreslo da qoyulub. Bir nömrənin qiyməti 330 manatdır. 6-7 nəfərlik ailə rahat istirahət edə bilər”.

Nicat Məhərrəmov dedi ki, bütün korpuslar birinci yaydı ki, fəaliyyət göstərəcək: “2016- cı ilin sentyabrından fəaliyyətə başlayıb. Demək olar ki, ilin 12 ayı turist qəbul edirik. İşıqla, su ilə bağlı bizdə heç bir problem olmur. Bizdə 24 saat bizdə isti su olur. İşıqlar kəsiləndə isə generator işə düşür , 15 saniyə ərzində işıqların yanması bərpa olunur. Deyə bilərəm ki, qonaqlarımızı qarşılamaq üçün yüksək şəviyyədə hər cür yaradılıb. Xarici turistlərə gəldikdə isə əsasən Irandan, Ərəb ölkələrindən, İsveçdən Norveçdən, Almaniyadan, Avropanın başqa ölkələrindən bura gələnlər çoxdur”.

İrşad Abbasov Göygöl Milli Parkı və Göygöl Turizm İstirahət Kompleksinə Nazirlik tərəfindən təyin olunmuş şəxs olduğunu dedi: “Bu komplekslərin açılışına, milli parkın qorunmasına, gələn turistlərə nəzarət edirəm. Keçən il burda 200 minə yaxın turist qəbul olunub. İndiyədək yarım milyona yaxın olub. İlin əvvəlindən xarici turist axını çoxalıb. Getdikcə də onların sayı artır. Deyim ki, əvvəllər Göygöl bütün Azərbaycanda xüsusi bir yer kimi məşhur idi. 2015- 2016-ya kimi Göygölə ancaq baxmağa gəlirdilər. Artıq keçən ildən turist firmaları bu məsələyə qarışandan sonra turistlərin sayı artır.

Bu qoruğa gələn turistlərə ənşə şəhərinin girişində Nizami Gəncəvinin məqbərəsini ziyarət etmək tövsiyə olunur. Beləliklə, özü dünyaca məşhur olan dahi şair Vətəni Azərbaycanı, doğma Gəncəni də dünyada daha da tanıtmış olur”.

Gülnarə Əmirqızı

[gallery columns="1" size="large" ids="4512,4513,4514,4515,4516">

[gallery columns="1" size="full" ids="4482,4483,4484,4485,4486,4487,4488,4489">

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »