Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qaz hasilatı kəskin azalacaq
Rusiyada qaz hasilatı kəskin azalacaq

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Kreml qaz hasilatını azaltmağa hazırlaşdığını etiraf edib.

Rusiya Federasiyasının Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinovun sözlərinə görə, Qərbi Sibirin ən böyük yataqlarında qaz hasilatı ehtiyatların tükənməsi səbəbindən həcm üçdə bir azalacaq.

2023-cü ildə Rusiya Yamalo-Nenets Muxtar Dairəsinin Nadim-Pur-Taz bölgəsində 468 milyard kubmetr qaz hasil edəcək, 2040-cı ilə qədər isə bu rəqəm 255 milyard kubmetrə enəcək.

“Rosstat”ın məlumatına görə, 2022-ci ildə Rusiyada təxminən 672 milyard kubmetr qaz hasil edilib. Şulqinovun hasilatın azalması ilə bağlı proqnozunu nəzərə alsaq, ümumi göstərici 460 milyard kubmetrə qədər düşə bilər.

"Əgər 2040-cı ilə qədər Rusiya YaNAO-da asanlıqla çıxarıla bilən ərazilər əvəzinə yeni yataqlar işlətməsə, o, faktiki olaraq qaz hasilatını üçdə bir həcmdə azaltmağa məcbur olacaq", - Etibarlı Tərəfdaş Assosiasiyasının Müşahidə Şurasının sədr müavini Dmitri Qusev təsdiqləyib.

Beləliklə, Rusiyanın ixrac üçün sərbəst həcmləri olmaya bilər. İstehsalın 30 faiz azalması büdcə gəlirlərinin 1 trilyon rubl azalmasına səbəb ola bilər.

Emin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »