Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə hadisələrlə Azərbaycana qarşı olan dövlətlər, qruplar heç nəyə nail ola bilməyəcəklər"
"Belə hadisələrlə Azərbaycana qarşı olan dövlətlər, qruplar heç nəyə nail ola bilməyəcəklər"

“Fazil Mustafaya qarşı törədilən bu hadisə çox ağır dövləti cinayətdir. Bu terror, Azərbaycan dövlətinə qarşı yönəlib. Fazil Mustafa Milli Məclisin üzvüdür və bir partiya sədridir. Onun fəaliyyətinə qarşı hansı səbəbdən və hansı qaynaqlardan olursa olsun, Azərbaycan dövlətinə güllə atmaq deməkdir. Bir partiya sədrini susdurmaq, bir deputatı susdurmaq Azərbaycan dövlətinin məmuruna güllə atmaq, dövlətə güllə atmaqdır. Dövlət abstrakt bir şey deyil ki...”

Bu barədə Bizimyol.info xəbər portalına “Milli Dirçəliş Hərəkatı” partiyasının sədri Fərəc Quliyev danışıb. Onun sözlərinə görə, bunun arxasında kim olursa olsun, hansı qüvvələr tərəfindən sifariş edilirsə edilsin, mütləq cəzalandırılmalıdır.

Fərəc Quliyev Fərəc Quliyev

“Mən Azərbaycan hüquq-mühafizə orqanlarına güvənirəm. Bizim kifayət qədər güclü hüquq-mühafizə orqanlarımız var. Qısa zamanda bu hadisəni aydınalşadıracaqlar”-deyən Fərəc Quliyev bildirib ki, bu hadisənin arxasında kimin durması ilə bağlı indi fikir söyləmək mümkün deyil. Çünki müxtəlif versiyalar var. Ən doğru cavabı araşdırmalar nəticəsində hüquq mühafizə orqanları müəyyən edəcək.

“Belə bir hadisə haqqında indidən nəsə danışmaq olmaz. Çünki ağır bir hadisə baş verib”-deyə Fərəc Quliyev qeyd edib. Partiya sədri həmçinin bildirib ki, belə hadisələrlə Azərbaycana qarşı olan dövlətlər, qruplar heç nəyə nail ola bilməyəcəklər. Biz isə, milli birliyimizi gücləndirməli, birlikdə olmağı bacarmalıyıq.

Xatırladaq ki, ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa öz evinin qarşısında güllələnib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »