Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Samarada hərbçilərinin ölümü bütün ölkəni sarsıtdı
Putin: Samarada hərbçilərinin ölümü bütün ölkəni sarsıtdı

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Samara vilayətinin başçısı Dmitri Azarovla görüşündə vurğulayıb ki, yanvarın 1-də Makeyevkada hərbçilərin ölümü ilə bağlı bütün ölkə kədərləndi.

Bizimyol.info xəbər verir ki, qubernator, hesabatında faciəni xüsusilə, ayrıca qeyd edib, həmçinin bunun bütün bölgə üçün ağır bir zərbə və sınaq olduğunu vurğulayıb.

“Bir region deyil, dütün ölkə bu hadisəyə görə narahatdır”, - deyə Putin qubernatorun fikrinə münasibət bildirib.

Azarov faciə ilə bağlı məlumat alınandan dərhal sonra görülən tədbirlər barədə danışıb. Belə ki, yanvarın 2-də regional qərargah yaradılıb, yanvarın 3-də səhər saatlarında Müdafiə Nazirliyində növbədənkənar müşavirə keçirilib, həmin iclasda nazirlik ilə rayon arasında qarşılıqlı fəaliyyət qaydası müəyyən edilib. Yanvarın 4-də Azarov müdafiə nazirinin müavini Viktor Goremykin ilə birlikdə Rostova uçduğunu və orada hərbi hospitalda yaralı əsgərlərə baş çəkdiyini deyib: "Biz Makeevkaya getdik, çünki hərbçilərin bir hissəsi orada şəhər xəstəxanalarında yerləşdirilmişdi. Xəsarətlər almış insanlarla danışdıq. Razılaşdıq ki, Samara torpağında, Samara hərbi hospitalında müalicə olunmaq onların arzusudur", - deyə qubernator əlavə edib.

O, ayrı-ayrılıqda Müdafiə Nazirliyinə yaralıların doğma bölgələrinə, Sankt-Peterburq və Moskvanın ixtisaslaşmış xəstəxanalarına çatdırılmasında göstərdiyi köməyə görə təşəkkür edib. "Ən yaxşı həkimlər döyüşçülərimizin sağlamlığını bərpa edir", - Azarov bildirib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada Rusiya Silahlı Qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə endirdiyi zərbə nəticəsində 89 rusiyalı hərbçi həlak olub. Zərbə Yeni il ərəfəsində, Rusiya Ukraynanın əksər şəhərlərinə uçan pilotsuz aparatlarla hücum edərlən cavab zərbələri zamanı vurulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »