Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hələ də Qarabağa mina və silahlar daşınır, əsgərlər gətirilir"
"Hələ də Qarabağa mina və silahlar daşınır, əsgərlər gətirilir"

2020-ci il 44 günlük müharibədə qələbə qazandıqdan sonra, üçtərəfli bəyanat imzalandı və ərazilərimizə Rusiya sülhməramlıları yerləşdirildi. Məqsəd sülh müqaviləsi imzalana qədər tərəflər arasında münaqişənin yenidən qızışmamasına nəzarət etmək idi. Amma aradan 2 ildən çox zamanın keçməsinə baxmayaraq, bu gün Ermənistan nəinki sülh müqaviləsi haqqında düşünmür, əksinə yenidən silahlanaraq, yeni bir müharibənin başlanmasına hazırlıq görür. Təbii ki, bu prosesdə ona arxa çıxan, Rusiya, Fransa, İran və s. dövlətlər var. Ancaq reallıq budur ki, üçtərəfli bəyanat işləmir…

“44 günlük Vətən müharibəsində şanlı qələbəmizdən sonra Ermənistanın “zəlil” günə düşməsi, ordusunun darmadağın olması və Azərbaycanın hər bir təklifinin önündə boynunu bükərək razılıq verməsinin qarşısını alan Azərbaycan prezidentindən müharibənin dayandırılması xahiş edən Rusiya prezidenti və bu məsələdə sənəd kimi 10 noyabr tarixli “üçtərəfli” bəyanatı oldu. Bəyanatdan irəli gələn bütün məsələlərdə Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirir. Bu günə qədər qələbə çalan, Ermənistan ordusunu darmadağın edən, ümumiyyətlə, az qala Ermənistan dövlətini darmadağın edən və onun siyasi uçuruma yuvarlayan olsa da, sülhü tərənnüm edən, bölgədə dayanıqlı sülh və tərəqqini təbliğ edən, bunun üçün Ermənistana təkliflər verən, 5 baza prinsipi irəli sürən də Azərbaycandır. Sonda Ermənistanı sülh müqaviləsinin imzalanmasına təşviq edən də, Azərbaycandır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputatın fikrincə, bu məsələdə bir nonsens var. Yəni məğlub olan, ordusu məhv olan, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan və onu bu illər ərzində dəstəkləyən Rusiya, Fransa, İran və digər dövlətlər var. Reallıq isə, bu günlərdə başqadır. Ermənistan öz ağalarının “arxalı köpək qurd basar” siyasətini yenidən dirçəldərək, artıq müharibədən 2 ildən çox keçməsinə baxmayaraq, “Üçtərəfli” bəyanatın bəndlərini icra etmir. Bunu həyata keçirməmək üçün ən böyük yardımı Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları edir.

Vüqar İskəndərov Vüqar İskəndərov

Deputatın sözlərinə görə, bəyanatın dördüncü və doqquzuncu bəndləri icra olunmur. Bu icra olunmamaqla yanaşı, Ermənistan Azərbaycanın ərazilərində atəşkəsi pozur, təxribatlar törədir. Hələ də Qarabağa, Xankəndiyə və ətraf ərazilərə mina daşıyır, silah daşıyır, əsgərlər gətirir, hərbçilər aparır.

“Bütün bu işlərin icra olunmasında ən böyük yardımı sülhməramlılar demək olarsa, Rusiya sülhməramlıları həyata keçirir. Bu, düşündürücüdür”,- deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »