Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır"
"ABŞ Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır"

Bir neçə gün öncə, ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib ki, Azərbaycanın İranla böyük sərhədləri var. Və bunu qorumaq lazımdır. Onun sözlərinə görə, bunun üçün bir çox səbəblər mövcuddur. Digər tərəfdən isə, İran Azərbaycana qarşı təxribatlarından əl çəkmir.

İranın və ABŞ-ın Azərbaycana qarşı olan maraqlarının səbəbi nədir?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Azərbaycana qarşı təxribatlarının əsas səbəbi odur ki, İran Azərbaycanın bölgədə güclənməsini istəmir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. İran hesab edir ki, əgər Azərbaycan ərazi bütövlüyünü tam şəkildə təmin edib, ərazi münaqişəsini bitirib, Ermənistanla sülhə gələcəksə, bu da İranın Cənubi Qafqaz siyasətinə zidd addım olacaq. Eyni zamanda gələcəkdə Güney Azərbaycanın da ayrılma və yaxud Azərbaycanla birləşməsi ortaya çıxa bilər.

Samir Hümbətov Samir Hümbətov

Politoloqun fikrincə, İran bu ehtimalları düşünərək təxribatlarını bunun üzərindən qurur. İranın mütəmadi olaraq təxribatlar həyata keçirməsinin səbəbi də budur.

ABŞ-ın məqsədi ilə bağlı politoloq hesab edir ki, ABŞ bölgədə öz maraqlarını güdür.

“ABŞ hesab edir ki, Cənubi Qafqazda ABŞ üçün ən strateji baxımdan ən önəmli dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandadır. Ona görə önəmlidir ki, həm Cənubi Qafqazdan keçən orta dəhliz, həm şimal-cənub nəqliyyat dəhlizi, eyni zamanda Xəzər hövzəsində yerəşir. Xəzərin geniş karbohidrogen yataqlarının Azərbaycan üzərindən daşınması daha rahatdır. Qərblə ticarətdə bu xüsusi önəm daşıyır. Başqa səbəblər də mövcuddur. Amma əsas səbəblər bunlardır. ABŞ istəmir ki, Azərbaycan üçün hərahansı bir problem ortaya çıxsın. Çünki bu, onun xarici siyasət maraqlarına ziddir. İrana da bu səbəbdən açıq şəkildə xəbərdarlıq edir. Qeyd edir ki, siz Azərbaycanla toqquşmaya girsəniz, biz Azərbaycanın yanında yer alacağıq”-deyə Samir Hümbətov əlavə edib.

Politoloqun fikrincə, digər tərəfdən Azərbaycanın İsrail dövləti və yəhudi lobbisi ilə yaxşı əlaqələri mövcuddur. Azərbaycanda da xeyli sayda yəhudi yaşayır. Samir Hümbətov hesab edir ki, bu gün ABŞ siyasətində də yəhudi lobbisinin ciddi təsirləri var. Bu da müəyyən qədər Azərbaycanla ABŞ əlaqələrinə təsir edir.

“Hər bir dövlət, böyük güclər fərqli regionlarla bağlı fərqli siyasət irəli həyata keçirirlər. İran Cənubi Qafqazın qonşuluğunda olduğu üçün Azərbaycanı müəyyən bir təsirə salmağa çalışır. Bu da bütün cəhdlərə baxmayaraq, mümkün olmur. ABŞ da təbii ki, Cənubi Qafqazda öz maraqları naminə mövqeyini möhkəmləndirməyə çalışır. Bölgə ilə bağlı qarışıq bir vəziyyət davam edir. Amma son nəticədə ABŞ-ın və İranın regionla bağlı istəkləri Azərbaycanın maraqlarından artıq deyil. Azərbaycan maraqları hansı dövlətlə, hansı güc mərkəzi ilə birgə olmağı tələb etsə, onunla da olacaq”,-deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »