Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin MN-i Fransa parlamentinin hərəkətinə sərt reaksiya verib
Türkiyənin MN-i Fransa parlamentinin hərəkətinə sərt reaksiya verib
Milli Müdafiə Nazirliyi PKK/YPG terror təşkilatı nümayəndələrini Fransa parlamentində qəbul etməsinə sərt reaksiya verib.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada deyilir: "NATO üzvü Fransanın parlamentində qanlı PKK/YPG terror təşkilatının nümayəndələrini qəbul etməsi parlamentin nüfuzuna kölgə salıb".

"Bu addım həm müttəfiqlik ruhuna ziddir, həm də NATO-nun terrorizmlə mübarizəsini puç edir. Hər halda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəsini fasiləsiz davam etdirəcək", - deyə nazirliyin məlumatında qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »