Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əvvəllər dəbdə olan, bu gün tələb edilməyən qızıl diş...
Əvvəllər dəbdə olan, bu gün tələb edilməyən qızıl diş...

Sovet dövründə və ondan sonrakı müddət ərzində qızıl dişə sahib olmaq zənginlik nümunəsi sayılır, hər kəs qızıl dişinin olmasını arzulayırdı. Hətta nənə-babalar nəvələrinə qızıl diş hədiyyə də edirdilər. Çünki diş ağızda qalır, ehtiyac olanda belə satılmır və insanları xatırladırdı.

Qızıl diş möhkəmdir və aşınmaya,eroziyaya davamlıdır. Bu qiymətli metal həmçinin dişin ömrünü uzatmağa kömək edən antibakterial xüsusiyyətlərə malikdir. Əksər mütəxəssislərin fikrincə, qızıl örtüyün, yəni qızıl dişlərin sağlamlığınıza heç bir mənfi təsiri yoxdur. Onlar effektiv şəkildə hazırlanırsa, çini və ya digər növ taclardan daha uzun müddət davam edə bilərlər.

Qızıl mövcud olan ən qiymətli və qeyri-reaktiv metallardan biridir. Buna görə də ağızda istifadə edilən qızıl ümumiyyətlə, bir ərinti olsa da, qızıl xrom və ya kobalt ərintiləri kimi paslanmır. Bununla belə, qızıl dişlərin bərpası kimi istifadə oluna bilən ən biouyğun və uzunömürlü metaldır. Qızıl ərintiləri, zamanla ağızda civə sızan amalgam kimi digər bərpa materiallarından çox üstündür. Bundan əlavə, dişlərin bərpası üçün ən təhlükəsiz material və diş təmiri üçün yüksək standart hesab olunur.

Bu barədə Bizimyol.info xəbər portalına stomatoloq Anar Xəlilov danışıb. Onun sözlərinə görə, qızıl dişlərin müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri odur ki, davamlıdır. Ən az 10-15 il istifadə oluna bilər, köhnəlmir. Gücünə görə korroziyaya (oksidləşməyə), qırılmaya və aşınmaya qarşı kifayət qədər möhkəmdir. Diş əti toxuması ilə çox uyğundur. Yüksək qırılma müqavimətinə malikdir. Çeynəmədə problem yaratmır. Bitişik dişlərə qarşı zərif olduğu halda aşınmaya qarşı çox davamlıdır.

Diş həkimi Anar Xəlilov Anar Xəlilov

“Qızıl dişlər adi dişlər kimidir. Hər şeyi çeynəmək üçün istifadə edilə bilər və adi dişlər kimi təmizlənə bilər. Estetikdir. Hətta bəzi xəstələr tərəfindən gümüş amalgam dolgulardan daha xoş hesab edilir”,- deyə həkim bildirib.

Qızıl dişlərin mənfi xəhətlərinə gəldikdə isə, qızılın dişlərin rəngini dəyişə bilmə ehtimalıdır. Bəzi tədqiqatçılar stomatologiyada qızıl ərintilərinin istifadəsinin ağız xərçəngi kimi risklərlə əlaqəli olduğunu düşünürlər. Lakin bu əlaqə hələlik zəif ehtimaldır və hələlik dəqiq elmi nəticə yoxdur. Qızıl dişlər nadi halda olsa belə, bəzi insnalarda əks təsirlər yarada bilər.

“Diş ətinin şişməsi, dodaq və ağız ağrısı, allergik reaksiyalar özünü göstərə bilər”,- deyə həkim bildirib.

İlahin, Biizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »