Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İki ölkə arasında münasibətlərin təməli uzun illərə əsaslanır" - Video
"İki ölkə arasında münasibətlərin təməli uzun illərə əsaslanır" - Video

Azərbaycan-Türkiyə münasibətlərinin tarixi böyük olsa da, 2020-ci il Qarabağ savaşından sonra bu münasibətlər sanki bir qədər də möhkəmləndi. Azərbaycan çətin anından qardaşı Türkiyənin dəstəyini hiss edə bildi. Əslində bu münasibətlərin təməli hələ uzun illər əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yarananda qoyulmuşdu. Qarabağ savaşından sonra bu birlik, bu dəstək ciddi şəkildə özünü göstərdi...

“Azərbaycan-Türkiyə münasibətləri dediyimiz zaman heç qopmamış münasibətlərdən bəhs edirik. Qarabağ savaşı ilə bu münasibətlər ən yüksək zirvəsinə çatdı. Əslində, 2020-ci il Qarabağ müharibəsi ikinci "Nuri Paşa" hekayəsidir. Bilirsiniz ki, ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu dövrdə, erməni-ingilis-rus müttəfiqliyi ilə Azərbaycana hücum edildiyi zaman Osmanlı çox çətin vəziyyədə idi. Həmin dövrdə Osmanlı 9 cəbhədə döyüşürdü. Əslində Azərbaycana göndərilə biləcək döyüş dəstəsi yox idi. Ancaq Məhəmməd Əmin Rəsulzadə Ənvər Paşadan yardım istədiyi zaman Ənvər Paşa heç düşünmədən qardaşı Nuri Paşanı 10 min nəfərlik könüllülərdən ibarət ordu ilə “Qafqaz İslam ordusu” adı altında Azərbaycana göndərdi. Gəncə xilas oldu, Bakı paytaxt oldu. Nuri Paşanın gəlib, ilk Türk cümhuriyyətinin qurulmasında iştirakı zamanı Qarabağ müharibəsində Türkiyə münasibətlərinin təməli atılmışdı”...

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. O, qeyd edib ki, Azərbaycanda yaşadığı zaman Azərbaycan Türklərinin Nuri Paşanı unutmadığının şahidi olub.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

“Türkiyədə unudulan Nuri Paşanın, Ənvər Paşanın necə yaşadıldığına şahid oldum. Bu səbəbdən də Azərbaycan və Türkiyə münasibətləri dediyimiz zaman millətin qəlbində bunun yaxşı yaşadıldığını görürük.

Nuri Paşanın əsgərləri Osmanlı I Dünya müharibəsində məğlub olduğu zaman geri çəkilmək məcburiyyətində qaldı. Azərbaycan dövləti təkrar bolşevik-rus dövləti tərəfindən işğal edildi. Həmin dövrdə Türkiyə böyük bir savaşa girmişdi.

Azərbaycanın istiqlal şairi Əhməd Cavad gəlib Ədirnədə döyüşüb.

Qafqaz türklərinin qurtuluşunun öz türklər olduğunu və Türkiyə Cümhuriyyətinin müstəqilliyini qazanmadan əslində Qafqazın da bir daha öz müstəqilliyinə qouşmayacağını düşünüb, öz mübarizələrini buraxıb, gəlib Anadoluda döyüşdülər”-deyən Səlcuq Düzgün qeyd edib ki, iki ölkə arasında münasibətlərin təməli uzun illərə əsaslanır.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »