Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə olan təqdirdə İran Azərbaycanı İsrailin bazası olaraq qəbul etməyə başladı" - Video
"Belə olan təqdirdə İran Azərbaycanı İsrailin bazası olaraq qəbul etməyə başladı" - Video

44 günlük Vətən müharibəsindən sonra İranla Azərbaycan arasında olan münasibətlər ciddi şəkildə gərginləşdi. Yəni müharibədən sonra İran açıq şəkildə Azərbaycana düşmən gözü ilə baxmağa başladı. Ermənistanla qardaşlığın elan edilməsi, İrandakı Azərbaycan səfirliyində törədilən terror hadisəsi, İran hərbi təyyarələrinin Azərbaycan sərhədlərinə yaxın hava məkanında uçuşu və s. bu kimi davranışlar İranın Azərbaycanla münasibətlərinin pik həddə olduğunu hiss etdirir. Bəs bütün bunların səbəbi nədir?

Azərbaycan 30 il işğal altında olan torpaqlarını şəhidlərinin qanı bahasıdna geri qaytarıb. 30 illik müharibə şəraitində Azərbaycan xaqlının çəkdiyi əziyyətlər, müharibə ölkəsinin vətəndaşı olmaq, qaçqınlıq acısı ... İran Azərbaycandan nə istəyir?

“İranın ən böyük narahatlığı 44 günlük Vətən Müharibəsi dövründə İsrailin Azərbaycana dəstəyi və bunun nəticəsində İsrailin Azərbaycanda qeyri-rəsmi olaraq bazalar yaratdığı əsassız iddiasıdır. Bunlar qeyri-rəsmi düşüncələrdir. Çünki İsrailin Azərbaycanda rəsmi olaraq bazası yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb. Onun sözlərinə görə, xüsusilə İranın Qərb ilə olan münasibətləri, nüvə təsislər və nüvə silahı əldə etmək istədiyi 10 illik dövrdə İranda 40-a yaxın sui-qəsd həyata keçirilib: “Qətlə yetirilən insanların çoxu nüvə silahı üzrə mütəxəssislər və mühəndislər idi. Bu insanların çoxunun Azərbaycan üzərindən sızan İsrail kəşfiyyatı tərəfindən öldürüldüyü barədə İran mətbuatında yazıldı. Belə olan təqdirdə İran Azərbaycanı İsrailin bazası olaraq qəbul etməyə başladı və İsrailin Azərbaycan vətəndaşlarını istifadə edərək, sui-qəsd aktları reallaşdırdığını iddia etməyə başladı”.

Həsən Oqtay bildirib ki, İran Azərbaycanda şiə-sünni balansını nəzərə alaraq, Azərbaycanı özününkü kimi görürdü.

“Bilirsiniz ki, Azərbaycanda keçən günlərdə İran agenti olaraq çox sayda saxlanılanlar oldu. Bunlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda yaşayıb, İran üçün çalışırlar. Azərbaycan bu insanlar ciddi olaraq təhdid kimi gördü və həbs etdi. İran Azərbaycanı öz nəzarətində saxlamağa çalışırdı. Və bunu da Ermənistan üzərindən edirdi. Azərbaycan üzərindən Ermənistan təsiri aradan qalxdığı və Azərbaycan-İsrail əlaqələri daha da gücləndiyi, Türkiyənin də 44 günlük müharibədə dəstək olması İranı ciddi şəkildə narahat etdi”,- deyə politoloq bildirib.

Həsən Oqtay qeyd edib ki, İran hər fürsətdə Azərbaycanı sionist dövlət olmaqda ittiham edir.

“Azərbaycanda yəhudi əhali heç bəlkə 10 min nəfər belə deyil. Bunların Azərbaycanda yaşaması Azərbaycanı sionist dövlət olaraq göstərməsinə yetməz. Türkiyədə də yəhudi əhali var və İran Türkiyəni də sionist adlandırır. İsrailin 44 günlük müharibədə Azərbaycana göstərdiyi yardımlar və həmin silahların İrana qarşı istifadə edilə biləcəyi və İranın şimaldan təhlükə duyması narahatlığı ilə Azərbaycana qarşı ciddi mənada münaisbətlərini gərginləşdirib”,- deyə politoloq qeyd edib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »