Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər təəccüb içində: Qara dəliyin kənarında yeni ulduz aşkar edildi
Alimlər təəccüb içində: Qara dəliyin kənarında yeni ulduz aşkar edildi

Almaniyadan olan astrofiziklər ulduzların təkamülü ilə bağlı bütün fikirləri təkzib edən obyekt aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, “The Astrophysical Journal” yazır ki, alman astronomları qara dəliyə mümkün qədər yaxın - Süd Yolunun "ağzından" bir qarış aralıda cəhənnəm kimi isti buludda görünən anomal ulduz tapıblar. Bildirilir ki, adətən ulduzların əmələ gəlməsi üçün boşluq və soyuq molekulyar bulud lazımdır.

Məlumata görə, kəşf edilmiş ulduz X3a adlanır və onun yaşı on minillikdən çoxdur, lakin ulduz standartlarına görə bu, sadəcə bir xırdalıqdır.

Jurnalda qeyd edilir ki, əvvəllər onu tapa bilməyiblər, bəlkə də qara dəliyin yaxınlığında ulduzları axtarmaq ağlı başında olan heç bir astrofizikin ağlına belə gəlməyib. Çünki onun mühiti ulduzların doğulması üçün uyğun mühit deyil: qaz və tozdan ibarət sürətlə fırlanan toplanma diski elə işıq və fotonlar yayır ki, orada heç bir ulduz yaşamır.

Alimlərin fikrincə, ulduz körpəsinin radiusu Günəşdən 10 dəfə, parlaqlığı isə 24 min dəfə böyükdür.

Məlumat üçün bildirək ki, gözlərinə inanmayan astronomlar dərhal X3a-nın haradan gəldiyi ilə bağlı fərziyyələrini irəli sürüblər. Alimlər qrupuna rəhbərlik edən astrofizik Florian Peisker hesab edir ki, əslində ulduz bir az daha uzaqda, daha rahat şəraitdə doğulub, sonra isə sadəcə köçüb və burada kök salıb. Alimin sözlərinə görə, o, həmkarları ilə birlikdə qara dəlikdən cəmi bir neçə işıq ili aralığında uyğun bölgə tapıb.

"Bu, kifayət qədər soyuq və dağıdıcı radiasiyadan qorunan qaz və toz halqasıdır",- deyə alim bildirib.

Elm adamları hesab edirlər ki, bu halqada X3a əmələ gələ və çəki qazana bilər. Lakin o, yerində qalmayıb, yolda rastlaşdığı sıx buludları və blokları udaraq qara dəliyə doğru irəliləməyə başlayıb.

Sonda qeyd edək ki, hazırda ulduz böyüməyə davam edir və alimlər belə ulduz əmələ gəlməsi modelini sınaqdan keçirmək üçün toplaşıblar.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »