Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli İnsan Resursları Forumuna (MİRF2023) biletlər satışdadır!
Milli İnsan Resursları Forumuna (MİRF2023) biletlər satışdadır!

2015-ci ildən etibarən keçirilən MİRF - Milli İnsan Resursları Forumu bu il “Business Management School” MMC, “Facemark” MMC, “HR Option” MMC təşkilatçılığı ilə 6 may 2023-cü ildə təşkil olunacaq. “Gələcəyə dəyər” konsept mesajı ilə baş tutacaq forum "Baku Marriot Boulevard Hotel"də keçiriləcək.

MİRF2023 rəsmi media tərəfdaşı Bizimyol.info portalı xəbər verir ki, forumun qarşıya qoyduğu əsas hədəf insan resursları idarəçiliyi üzrə peşəkar spikerlərin çıxışı və yaradılacaq müzakirə mühiti ilə sahəyə dair müxtəlif mövzuları müzakirə etmək, problem və həll yolları üzərində fikir mübadiləsi aparmaqdır. 500 nəfərdən çox yerli və xarici şirkət nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirdə insan resursları sahəsinin peşəkarları, şirkət rəhbərləri, sahibkarlar, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

Peşəkar moderator və spikerlər “İstedad və təcrübə”, “Gələcəyin insanı”, “Fərqli prizma” panelləri üzrə müxtəlif mövzuları müzakirə edərək "Gələcəyə dəyər" qatmağa çalışacaqlar.

Milli İnsan Resursları Forumuna bilet təmin etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/mirfaze

Instagram: https://www.instagram.com/mirf.aze/

Linkedln: https://www.linkedin.com/company/

Son xəbərlər
Bütün xəbərlər »