“Rusiyanı təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına görə tənqid edirik”.
“Report” xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku deyib.
O bildirib ki, Alyans vəziyyəti diqqətlə izləyir: “NATO müttəfiqləri öz beynəlxalq öhdəliklərinə tam hörmətlə yanaşırlar. Rusiya isə bu yaxınlarda Yeni START Müqaviləsində iştirakını dayandırdırdıqdan sonra silahlara nəzarət üzrə öhdəliklərini daim pozur”.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.