Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN diplomatların Almaniyadan çıxarılması ehtimalına sərt cavab verib
Rusiya XİN diplomatların Almaniyadan çıxarılması ehtimalına sərt cavab verib

Almaniyanın rus diplomatlarını ölkədən çıxarmaq üçün planlaşdırdığı addımlara Rusiyanın sərt cavabı artıq hazırdır, Almaniyanın xarici işlər naziri Annalena Burbok bunu “like” edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Rusiya mətbuatına Almaniya mətbuatının müvafiq məlumatı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Börbokun casus fobiası var. Berlinin bu qeyri-sağlam addımlarına sərt cavab artıq hazırdır - bu, onun xoşuna gələcək", - mənbə bildirib.

Bu barədə şənbə günü “Focus” nəşri Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb ki, Burbok Berlində akkreditə olunmuş 30-dan çox rusiyalı diplomatı persona non qrata elan etməyi planlaşdırır.

Nəşrin məlumatına görə, Almaniya təhlükəsizlik qüvvələri hesab edir ki, bu diplomatlar diplomatik statuslarından qeyri-qanuni yollarla siyasi, iqtisadi, hərbi, elmi məlumatlar əldə etmək üçün sonradan təxribat və dezinformasiyada istifadə edirlər.

Almaniya hökuməti diplomatların qovulmasının nəticəsiz qalmayacağını da bilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »