Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Qərbin tükənmiş uranla bağlı iddiaları ilə razılaşmır
Putin Qərbin tükənmiş uranla bağlı iddiaları ilə razılaşmır

Rusiya prezidenti Vladimir Putin Britaniyanın tükənmiş uran döyüş sursatlarının nəticələrə səbəb olmadığına dair iddiaları ilə razılaşmayıb.

Bizimyol.info zəbər verir ki, o, bu barədə şənbə günü “Rossiya-24” telekanalının efirində bildirib.

“Bu, əlbəttə ki, doğru deyil. Fakt budur ki, onlar, təbii ki, kütləvi qırğın silahları kateqoriyasına aid deyillər. Bu doğrudur. Amma tükənmiş uran olan mərminin nüvəsi (burada müxtəlif materiallardan istifadə oluna bilər, zirehi deşmək üçün istifadə olunur) hələ də radiasiya tozu deyilən maddə əmələ gətirir və bu mənada təbii ki, o, ən təhlükəli uran silahı xassəsinə aiddir", - Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Rusiya prezidenti mütəxəssislərin məlumatlarına istinad edərək xatırladıb ki, keçmiş Yuqoslaviya və İraqda belə sursatlardan istifadə edildikdən sonra yerli vətəndaşlar arasında onkoloji xəstəliklər çoxalıb.

Ukraynada tükənmiş uran sursatlarından istifadə perspektivindən danışan Putin, orada belə silahlardan istifadə etməyə hazırlaşanların müharibə bölgəsində yaşayan insanları öz vətəndaşları hesab etmədiklərinə diqqət çəkib: “Əslində özlərinə məxsus olan insanlara qarşı necə istifadə edəcəklər? Demək istəyirəm ki, bu qalıqlar toz əmələ gətirəcək, o cümlədən tətbiq olunacaq rayonlarda əkin sahələrini çirkləndirəcək", - Putin qeyd edib.

O, həmçinin əlavə edib ki, bundan sonra Ukraynanın qara torpağına nə baş verə bilər sualı “normal məntiq və humanitar hüququn maraqlarına zidd olan bu cür addımları atanların simasında öz əziyyətli araşdırmasını gözləyir”.

Bütün bu arqumentləri nəzərə alan Putin: “Bu mənada onu insan üçün ən zərərli və təhlükəli silaha aid etmək olar. Təkcə döyüşçülər üçün deyil, ətraf mühit və bu ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyidir", - deyə bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiyanın Ukrayna və Qərbin bu çağırışına cavab verməsi üçün nəsə var.

“Deməliyəm ki, Rusiyanın, əlbəttə ki, buna cavab verəcək bir şeyi var. Mübaliğəsiz yüz minlərlə belə mərmilərimiz var. Hələ onlardan istifadə etmirik", - deyə prezident yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »