Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyaya yazıq görünən ermənilərin həyasız üzü
Dünyaya yazıq görünən ermənilərin həyasız üzü

Türkiyə Milli Komandası futbol üzrə "UEFA 2024" Avropa Çempionatının seçmə mərhələsinin D qrupunun ilk həftə matçında Ermənistanın qonağı olub, mübarizədən əvvəl isə Dövlət Himni səsləndirilərkən ermənilər fit çalıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Matçdan əvvəl stadion ətrafında intensiv təhlükəsizlik tədbirləri görülərkən, bir çox polis və xüsusi hərəkat qrupları stadionun ətrafında geniş təhlükəsizlik tədbirləri görüb, giriş-çıxışlarda axtarışlar aparılıb.

Türkiyənin Milli Futbol Komandası matçın keçiriləcəyi Respublika stadionuna problemsiz daxil olub. Lakin Ermənilər oyunöncəsi mərasimdə səsləndirilən Türkiyənin Dövlət Himnini fitə basıblar.

UEFA-nın tələbinə uyğun olaraq bu matçda türk azarkeşlər tribunada yer verilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »