Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Ukraynaya uzunmüddətli dəstəyə hazır olmalıdır - Şolz
Qərb Ukraynaya uzunmüddətli dəstəyə hazır olmalıdır - Şolz

Almaniya kansleri Olaf Şolz Qərbin Ukraynaya uzunmüddətli yardıma köklənməli olacağını qeyd edib.

Bizimyol.info xəbər verir ki, o, bu fikri şənbə günü Potsdamda vətəndaşlarla söhbəti zamanı bildirib.

“Biz hazır olmalıyıq ki, Kiyevə hələ uzun müddət dəstək verməli olacağıq", - "DPA" onun çıxışından verdiyi sitatda qeyd edir. Şolz iddia edib ki, Qərbin bütün səylərinin əsası Rusiyaya "xüsusi hərbi əməliyyat" adı altında başlatdığı müharibə üçün qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcəyini başa salmaqdır. Onun fikrincə, yalnız bundan sonra, sülh mümkün olacaq.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" adı altında işğal həyata keçirmək məqsədi ilə ordunun qonşu dövlətin ərazisinə soxulması barədə qərar verib.

Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib, həmçinin Kiyevə silah və hərbi texnikanın tədarükünü hazırkı mərhələdə milyardlarla dollarla qiymətləndirilən məbləğdə artırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »