Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa: Ukrayna üçün Aİ-dən kənar ölkələrdən sursat alınması vacibdir
Polşa: Ukrayna üçün Aİ-dən kənar ölkələrdən sursat alınması vacibdir

"Polşa Avropadakı tərəfdaşlarını Avropa İttifaqı (Aİ) hüdudlarından kənardan sursat almağa inandırmağa çalışacaq, çünki Ukraynaya indi mərmi lazımdır. Hazırda Fransa Avropa Sülh Fondu çərçivəsində Avropa İttifaqından kənardan silah alınmasının əleyhinədir".

Bizimyol.info xəbər verir ki, bunu "RMF 24" telekanalına müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetski deyib.

O qeyd edib ki, sursat çox tez lazımdır və Avropada onlar kifayət edəcək miqdarda deyil: “Brüsseldə heç kimə sirr deyil ki, Avropada sursat Ukraynaya veriləcək əlavə yoxdur. Bununla belə, dünyada bu sursatın daha çox olduğu Cənubi Koreya və İsrail də daxil olmaqla bir neçə bölgə var. Ona görə də ümid edirəm ki, Avropa Komissiyası, bir sıra əsas ölkələr, Almaniya və Fransa ilə birgə danışıqlarımız sursatların tez alınmasına gətirib çıxaracaq, çünki Ukraynanın onlara indi, yəni ən qısa zamanda ehtiyacı var", - deyə Moravetski bildirib.

Polşa hökumətinin başçısı bildirib ki, Polşa Cənubi Koreyadan da silah alacaq, lakin onların Ukraynaya təkrar ixracının mümkünlüyü Seulun buna razılığından asılıdır: “Bu, Cənubi Koreyanın razılığından asılıdır. Başlamalı olduğunuz yer budur. Biz bunu yalnız o zaman edə bilərik ki, bizə satan ixrac etməyə icazə versin, bu sursatı digər ölkəyə köçürməyə icazə versin. Biz, əlbəttə ki, etibarlı tərəfdaşıq, ona görə də bunu yalnız razılaşma əsasında edəcəyik", - Moravetski deyib.

O, həmçinin bildirib ki, Polşa Rusiya ilə müharibədə dövlətin ehtiyac duyacağı və Ukrayna Silahlı Qüvvələrinin lazımi silah növü olan postsovet sursatlarını Ukraynaya ötürür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »