Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Danimarkaya sərt reaksiya: "Bunu heç bir şəkildə qəbul etmirik"
Türkiyədən Danimarkaya sərt reaksiya: "Bunu heç bir şəkildə qəbul etmirik"

Danimarkada Qurani-Kərimə və türk bayrağına edilən çirkin hücuma Türkiyə Xarici İşlər Nazirliyi kəskin reaksiya verib: “Biz heç bir şəkildə nifrət cinayəti təşkil edən bu alçaq hərəkətə "ifadə azadlığı" adı altında icazə verildiyini qəbul etmirik”, - deyə bəyanatda bildirilir.

Bizimyol.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada deyilir: “Dünən, martın 24-də Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən alçaq hücumu ən sərt şəkildə qınayırıq.

Nifrət cinayəti təşkil edən bu alçaq hərəkətə ifadə azadlığı adı altında yol verilməsini heç bir şəkildə qəbul etmirik. Hazırki yaşadığımız - bizim üçün müqəddəs olan Ramazan ayında baş tutan bu aksiya Avropada hər keçən gün islamofobiya, ayrı-seçkilik və ksenofobiyanın qorxulu həddə çatdığını, keçmişdən heç bir dərs alınmadığını bir daha açıq şəkildə nümayiş etdirdi", - deyə XİN bildirib.

Qeyd edilir ki, Danimarka rəsmilərinə bildirildi ki, biz bu hərəkəti ən sərt şəkildə qınayırıq və etiraz edirik: "Biz Danimarka hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və sosial sülh və dinc yanaşı yaşayışı hədəfləyən bu cür təxribatların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »