Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya adasına bir gündə rekord sayda miqrant gəlib
İtaliya adasına bir gündə rekord sayda miqrant gəlib

İtaliyanın Lampeduza adasına 24 saat ərzində 2000-dən çox miqrant gəlib.

Bizimyol.info xəbər verir ki, "ANSA" agentliyinin şənbə günü verdiyi məlumata görə, söhbət yeni rekord göstəricidən gedir.

Martın 25-nə keçən gecə adaya 267, cümə günü isə 1778 nəfər gəlib. Lampeduzadakı Miqrantların Qəbul Mərkəzi 4,5 dəfədən artıq yüklənib. Hazırda 1831 nəfərin yerləşdirmək məcburiyyəyində qalan administrasiya adada maksimum tutumu 400 yerdən az olduğunu bildirib.

Avropa İttifaqının Brüsseldə keçirilən sammiti zamanı İtaliyanın baş naziri Corc Meloni Tunis də daxil olmaqla, cənubi Avropa sahillərinə üzən qeyri-qanuni mühacir axınının artmasına diqqət çəkib. Xüsusilə, o, Avropa İttifaqına xəbərdarlıq edib ki, Tunis dağılırsa (siyasi və iqtisadi böhrana görə), 900 minə qədər qaçqın axını ilə humanitar fəlakət riski var. Sammitdən sonra Meloni Avropa Komissiyasının da daxil olduğu bir neçə Avropa missiyasının Tunisə səfər edəcəyini açıqlayıb.

İtaliya Cənubi Avropanın digər ölkələri ilə birlikdə miqrantların tez-tez ölümünə səbəb olan qeyri-qanuni miqrasiyanın və insanların dəniz yolu ilə daşınmasının qarşısını almaq üçün Aİ-dən vahid iddialı plan almağa çalışır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »