Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Priqojin "Vaqner"ə qoşulan 5 min məhbusun əfv olunduğunu bildirib
Priqojin "Vaqner"ə qoşulan 5 min məhbusun əfv olunduğunu bildirib

"Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin bildirib ki, "xüsusi hərbi əməliyyat" zonasında müqavilə ilə işə götürülən 5 mindən çox keçmiş məhbus əfv edilib.

“Hazırda "Vaqner" özəl hərbi şirkət ilə müqaviləsi başa çatan 5 mindən çox insan əfv olunaraq azadlığa çıxıb", - Priqojinin mətbuat xidməti şənbə günü Telegram kanalında qeyd edib.

"Vaqner" ÖHŞ-in təsisçisinin sözlərinə görə, bir ay ərzində ikinci cinayət törətmiş şəxslərin faizi 0,31 təşkil edir ki, bu da müharibədən əvvəlki standart rəqəmlərdən on-iyirmi dəfə azdır.

Priqojin vurğulayıb ki, cinayət törədənlər əsasən Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə qarşı çıxan insanlara xəsarət yetirir və özlərini Kiyev rejimi üçün istifadə edirlər.

"Vaqner" ÖHŞ-in təsisçisi bildirib ki, şirkət Rusiyada cinayətkarlığı 10 dəfə azaldıb.

Qeyd edək ki, indi Rusiyada törətdiyi cinayətin xüsusiyyətindən asılı olmayaraq əfv olunmağın ən asan yolu "Vaqner"ə qoşulmaqdır. Əksər məhbuslar buna "azadlığa çıxmaq" vasitəsi kimi baxsalar da, Rusiya hakimiyyəti cinayətkarları qapalı şəraitdən çıxarıb açıq olümə göndərir. Bu da Priqojinin iddia etdiyinin əksinə olaraq ciyət törədilməsinin sayını azltmır, sadəcə cəbhədə cinatətkarları "sayı azalır".

Ukrayna baş qərargahı bildirmişdi ki, cəbhədə  "Vaqner" özəl hərbi şirkətə cəlb olunan, döyüş bacarığı olmayan məhbusların ölüm sayı Rusiyan nizami ordusunda olan itkilərdən dəfələrlə çoxdur: "Təlim görməmiş insanları eləcə "ət maşınına" atar kimi ölümə gödərərlər. Həbsxanalardan "azadlığa" çıxanlar tabutda geri dönürlər", - deyə bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »