Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev Rusiya ordusunun sayını artırmağı təklif edib
Medvedev Rusiya ordusunun sayını artırmağı təklif edib
"Çağırışlar Rusiyanın ordusunun ehtiyaclarını ödəyir, lakin silahlı qüvvələrimizin gücü artırılmalı və daha böyük olmalıdır".

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya KİV-lərinə, o cümlədən “VKontakte” istifadəçilərinə müsahibəsində deyib.

“Məncə, hazırda Vətənimizin uğurlu müdafiəsi üçün həm çağırış, həm də müqaviləyə əsaslanan qarışıq ordu yaratmaq lazəmdır. "Ordumuzun sayı artırılmalıdır. Onun güc parametrləri açıqlanıb və belə məlum olub ki, hərbçilərin sayı ən azı 1,5 milyon nəfər olmalıdır", - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Medvedev qeyd edib ki, "xüsusi hərbi əməliyyatın" keçirilməsi Rusiya Silahlı Qüvvələrinin formalaşmasına, hərbi strategiya və taktikaların tətbiqi baxımından “çox yaxşı” təsir edib. “Çünki ordunun gücü döyüş əməliyyatları dövründə sınaqdan keçirilir”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »