Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyadakı iranpərəst qüvvələr ABŞ-a xəbərdarlıq edib
Suriyadakı iranpərəst qüvvələr ABŞ-a xəbərdarlıq edib

Suriyadakı iranpərəst qüvvələr son 24 saat ərzində Suriyada baş vermiş raket və pilotsuz təyyarələrin hücumlarından sonra ABŞ-ın mövqelərinə növbəti hava zərbələrinə cavab vermək üçün “imkanlarının geniş” olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, cümə günü axşam saatlarında yayımlanan və Suriyadakı İran Məsləhət Komitəsi tərəfindən imzalanan onlayn bəyanatda, ABŞ-ın hava hücumları nəticəsində onların bir neçə döyüşçüsünün həlak oldüğü və yaralandığı bildirilib. Döyüşçülərin milliyyəti barədə məlumat verilməyib.

“Suriyadakı mərkəzlərimiz və qüvvələrimiz hədəfə alınarsa, cavab vermək imkanımız kifayət qədər sərt olacaq”, - deyə məlumatda bildirilir.

Cümə gecəsi iki suriyalı müxalif fəal qrupu Suriyada ABŞ hərbçilərinin yerləşdiyi bazalara raket zərbələri endirdikdən sonra ABŞ-ın Suriyanın şərqinə yeni hava hücumu dalğası və İranın dəstəklədiyi milislərin mövqelərinə zərbələr endirdiyini bildirib. Bununla belə, bir neçə ABŞ rəsmisi hücumların cümə günü başlandığını təkzib edib.

ABŞ rəsmiləri cümə günü Suriyada ABŞ qüvvələrinə qarşı eyni vaxtda iki hücumun edildiyini bildiriblər. Rəsmilər, ilkin məlumata əsasən, bir ABŞ hərbçisinin Conoco zavodunda raket hücumu nəticəsində yaralandığını, lakin vəziyyətinin stabil olduğunu bildirib. Təxminən eyni vaxtda ABŞ hərbçilərinin də yerləşdiyi "Green Village"ə bir neçə pilotsuz təyyarə buraxılıb.

Anonimlik şərti ilə Associated Press xəbər agentliyinə danışan rəsmilər bildiriblər ki, pilotsuz təyyarələrdən biri istisna olmaqla, hamısı vurulub və orada ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, ABŞ-ın Suriya ərazilərindəki şəxsi heyətini qorumaq üçün İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı qruplar tərəfindən edilən hücumlara “adekvat” cavab verəcək. ABŞ-ın hava hücumları cümə axşamı İran istehsalı olduğu güman edilən pilotsuz təyyarənin Suriyanın şimal-şərqindəki bazaya hücumu nəticəsində bir ABŞ podratçısının ölümü, digərinin yaralanması və beş ABŞ hərbçisinin xəsarətləq almasından sonra başlayıb.

Bayden dövlət səfərində olduğu Ottavada (Kanada) deyib ki, Birləşmiş Ştatlar İranla münaqişə istəmir. Lakin o, ABŞ-ın vətəndaşlarını qorumaq üçün güclə hərəkət etməyə hazır olduğunu söyləyib. Qeyd edib ki, ötən gecə baş verənlər məhz bu idi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »