Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev Yunanıstan Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Yunanıstan Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Son xəbərlər
Bütün xəbərlər »