Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Çinlə Rusiya əməkdaşlığı çox şişirdilir
Bayden: Çinlə Rusiya əməkdaşlığı çox şişirdilir

Qərb ittifaqları genişləndirməkdə daha uğurludur və Rusiyanın Çinlə əməkdaşlığının əhəmiyyəti “çox şişirdilir”, çünki Pekin Moskvaya əhəmiyyətli bir şey təklif edə bilməz.

Bizimyol.info xəbər verir ki, bu fikri cümə günü ABŞ prezidenti Co Bayden Kanadanın baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında Çin sədri Si Cinpinqin Moskvaya səfərinin əhəmiyyətini şərh etmək istəyinə cavab verərkən deyib.

“Biz müttəfiqlərimizin dairəsini xeyli genişləndirmişik. Mən nə Çinlə, nə Rusiya ilə, nə də dünyada heç kimlə belə bir şey görməmişəm. İndiki vəziyyətdə ABŞ və NATO daha güclüdür. Biz hamımız bir yerdəyik: G7, QUAD (Avstraliya, Hindistan, ABŞ və Yaponiya), ASEAN, Yaponiya, Koreya. Ofisimə görə, mən prezident olduğum müddətdə artıq dünya liderlərinin 80%-i ilə görüşmüşəm. Müttəfiqlikləri genişləndirən bizik, düşmənlərimiz deyil. Odur ki, siz deyin bunun qarşısını alacaq qüvvə varmı?", - deyib.

“Mənə deyin - mən sözün əsl mənasında deyil, ritorik olaraq soruşuram - Çin necə və hansı şəraitdə Rusiya qarşısında hər hansı mühüm öhdəlik götürüb? İqtisadi mənada? Onların ticarəti nə ilə müqayisədə artıb? Mən Çini zəif qəbul etmirəm, Rusiyanı da zəif qəbul etmirəm, amma məncə, onları çox şişirdirik", - Bayden əlavə edib.

“Çin və Rusiyanın etdiklərini yüngül saymıram və bu, daha da pisləşə bilər, amma gələcəyə baxaq. Biz vahid koalisiyayıq, biz ABŞ və Kanadayıq”, - ABŞ prezidenti qeyd edib.

Martın 20-22-də Si Cinpinq Rusiya Federasiyasına dövlət səfəri etdi - bu, ÇXR-in sədrliyinə yenidən seçildikdən sonra ilk səfərdir. Bazar ertəsi o, Rusiya prezidenti Vladimir Putinlə dörd saat yarım təkbətək danışıb, çərşənbə axşamı isə Kremldə müxtəlif formatlarda altı saata yaxın danışıqlar aparıb. Tərəflər səfərin yekunlarına dair iki bəyanat imzalayıb və onu uğurlu adlandırıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »