Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deripaska: Rusiya "banan respublikasına" çevrilib
Deripaska: Rusiya "banan respublikasına" çevrilib

Rusiyanın iqtisadi modeli əhalisinin çətinliklə dolandığı, “ölü vəziyyəydə” olan hakimiyyətin isə sakitcə seyr etdiyi "banan respublikası"ndakı həyat tərzinə bənzəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə rusiyalı milyarder Oleq Deripaska "Telegram"da bildirib.

"Biz Şərqi Afrika "banan respublikası" kimi neft və qaz icarəsi ilə yaşayırıq, dolanışığını çətinliklə yola veririk. Həm Sibirin, həm də Uzaq Şərqin inkişafını yenidən "sonraya" təxirə salmaq məcburiyyətində qalmışıq", - deyə o yazısında qeyd edib.

Deripaska bildirib ki, son 12 ildə Rusiyada nə “əsaslı iqtisadi artım”, nə də əhalinin gəlirlərində artım olmayıb.

"Və biz shavasanada (yoqada istirahət üçün ölü pozası) həyatın necə keçdiyini izləməyə davam edirik", - deyə oliqarx şikayətlənib.

Vaxtilə Putinin ən yaxın oliqarxlarından biri hesab edilən Oleq Deripaska son vaxtlar Kremlin iqtisadi siyasətini tez-tez tənqid edir. O, bu yaxınlarda Rusiyada qurulan “dövlət kapitalizmi” modelinin iflasa uğradığını xüsusi qeyd edib.

Təbii ki, Deripaska haqlıdır ki, Rusiya dövləti digər sahələrin xüsusi inkişafına can atmadan, əsasən neft hesabına yaşamağa çalışır. İndi də Kreml bir ildən artıqdır Ukraynaya qarşı başlatdığı müharibəsini neft gəlirləri hesabına davam etdirir.

Lakin bu iqtisadi model Rusiyanı iqtisadi baxımdan son dərəcə həssas edir. Qərbin sanksiyaları ucbatından ölkənin neft və qaz gəlirləri yarıbayarı azalıb və bu, dərhal böyük büdcə kəsirinə səbəb olub, indi bunu heç kim necə örtəcəyini bilmir. Hətta dövlət və hökumət rəhbərlərinin də bununla bağlı plansız olduğu görünür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »