Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukrayna hələlik əks hücuma keçə bilməz
Zelenski: Ukrayna hələlik əks hücuma keçə bilməz

Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, ölkəsinin ordusu hələlik şərq istiqamətində əks hücuma keçə bilmir və bunu silah çatışmazlığı ilə izah edib.

Bizimyol.info xəbər verir ki, o, şənbə günü çıxarışlar verilən ən böyük Yapon qəzeti "Yomiuri"yə müsahibəsində öz fikrini bildirib.

“Hələ ki, əks-hücuma başlaya bilmərik. Tanklar, artilleriya və Amerikanın çoxsaylı buraxılış raket sistemləri "HIMARS" olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik", - Ukrayna lideri bildirib.

O, həmçinin ciddi sursatın çatışmazlığına işarə edərək, Kiyevin hərbi avadanlıqların tədarükünü tərəfdaşlarından gözlədiyini vurğulayıb.

Ukrayna və Rusiya arasında sülh danışıqlarının bərpasının mümkünlüyünə toxunan Zelenski “bunun üçün qətiyyən heç bir şəraitin formalaşmadığı” fikrini bildirib.

Bundan əlavə, o, Çinin təklif etdiyi sülh planına şübhə ilə yanaşdığını bildirib: "Biz Çindən heç bir vasitəçilik və ya danışıqlar təklifi almamışıq", - deyən Ukrayna prezidenti əlavə edib ki, Pekinə diplomatik kanallar vasitəsilə Çinin dövlət başçısı Si Cinpinqlə görüşməyə hazır olması barədə məlumat verilib.

Nəşr qeyd edir ki, müsahibə Zelenskidən Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsinə səfər etdikdən sonra Kiyevə dönərkən qatarda götürülüb.

Martın 23-də Xerson vilayətinə səfər edən prezident Vladimir Zelenski bildirib ki, Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində 50-dən çox kənd rus işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıdılıb.

Martın 24-də rus işğalçıları Xersonu növbəti dəfə atəşə tutdular, atəş nəticəsində bir nəfər həlak oldu, bir nəfər yaralandı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »