Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa davam edəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, o bu barədə cümə günü Brüsseldə çıxışı zamanı bildirib.
“Mən, müharibə başlayandan sonra da Rusiya prezidenti ilə mütamadi olaraq əlaqə saxlamışam və bundan sonra da danışmağa davam edəcəm", - o qeyd edib.
Bundan əvvəl həm kanslerin özü, həm də mətbuat xidmətinin nümayəndələri bildiriblər ki, Moskva ilə ikitərəfli təmaslara ehtiyac var və Berlin onları davam etdirmək istəyir. Eyni zamanda, AFR Ukrayna ilə bağlı bu cür təmasların gedişində özünü göstərən “ciddi fikir ayrılıqlarına” işarə edib.
Şolz və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar.
Qadir, Bizimyol.info