Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzədir - Qaribaşvili
Dünya üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzədir - Qaribaşvili

"Bu gün bütün dünya üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzədir və bunun fonunda Gürcüstan hakimiyyətinin əsas qayğısı ölkənin xilasıdır".

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

“Bir daha ictimaiyyətə xatırlatmaq istəyirəm ki, bu gün dünya çətin vəziyyətdədir. Avropa və bütün dünya İkinci Dünya Müharibəsindən sonra belə çətinliklərlə üzləşməmişdi. Deyə bilərik ki, bu gün dünya üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzədir. Bu, şişirtmə və ya təhdid deyil, reallıqdır", - Qaribaşvili bildirib.

Onun sözlərinə görə, nüvə müharibəsi ritorikası hər gün artır və güclənir: “Bunun fonunda, hörmətli deputatlar, hökumətimizin əsas qayğısı ölkəmizin xilasıdır", - Qaribaşvili vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hadisələri bilavasitə Gürcüstana və bütövlükdə regiona, Avropaya və təhlükəsizlik arxitekturasına, İkinci Dünya Müharibəsindən sonra və Sovet İttifaqının dağılmasından sonra formalaşan bütün dünyanın nizamına təsir edir. Qaribaşvili parlamentdə interpellyasiya formatında çıxış edir.

Müxalifət deputatları təşəbbüskar baş nazirdən Gürcüstanda təhlükəsizliyin təmin edilməsi üçün hakimiyyətin nə etdiyini soruşublar.

Son xəbərlər
Bütün xəbərlər »