Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq və Zelenski arasında danışıqlar barədə heç nə bəlli deyil
Si Cinpinq və Zelenski arasında danışıqlar barədə heç nə bəlli deyil

Çin hakimiyyəti hələlik ölkə prezidenti Si Cinpinqlə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün telefon danışığı barədə hər hansı məlumat verə bilmir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"Ukrayna problemi ilə bağlı Çin dövlətinin rəsmiləri bütün maraqlı tərəflərlə əlaqə saxlamağa çalışır", o, brifinqdə jurnalistin sualını cavablandırarkən deyib. Diplomatın sözlərinə görə, Pekin Si Cinpinq və Zelenski arasında mümkün söhbətlə bağlı hələ ki, heç bir məlumat verə bilməyəcəyini deyib.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın cümə axşamı verdiyi məlumata görə, iki ölkə liderləri arasında söhbət planlaşdırılır, lakin onun təşkilində müəyyən çətinliklər var. Ukrayna tərəfi iddia edir ki, bu vəziyyət Çinin mövqeyinə görə yaranıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »