Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda 7 mərtəbəli oteldə yanğın olub
İstanbulda 7 mərtəbəli oteldə yanğın olub

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda səhər saatlarında Doğu Mahallesi Erol Kaya küçəsində yerləşən 7 mərtəbəli oteldə naməlum səbəbdən yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, yanğın çaxnaşmaya səbəb olub.

Oteldə qalan qonaqlar təxliyyə edilib. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib. Yanğınsöndürmə briqadalarının yanğını söndürməyə davam etdiyi qeyd edilir.

Yanğın nəticəsində iki nəfər ölüb. Xəsarət alan iki nəfər təcili yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Qruplar hadisə yerində işlərini davam etdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »