Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yollardakı səs-küy qan təzyiqini yüksəldə bilər
Yollardakı səs-küy qan təzyiqini yüksəldə bilər

Alimlər yollardakı səs-küy ilə hipertoniya arasındakı əlaqəni araşdırıblar.

Bizimyol.info xəbər verir ki, araşdırmaların nəticələri “Journal of American College of Cardiology”də dərc edilib.

İngiltərədəki Biobank adlı biotibbi bilgilər bazasından əldə edilən məlumatlarla məşğul olan araşdırmada,

yollarda avtomobillərin səs-küyünün ölçülməsində, məlumatları təhlil edilən insanların yaşayış məntəqələri və Avropada modelləşdirmə vasitəsi kimi istifadə edilən ümumi səs-küyün qiymətləndirilməsi metodundan istifadə edilib.

Hipertoniya şikayəti olmayan 40-69 yaş arası 246 min 447 adamın məlumatlarının 8 ildən çox izlənildiyi araşdırmada, sıx və səs-küylü yollara yaxın yaşayanlarda hipertoniya ehtimalının artdığı qənaətinə gəlinib.

Tədqiqatda müəyyən edilib ki, yol hərəkəti səs-küyünə məruz qalma birincil hipertoniya riskini artıra bilər və səs-küyün dozası artdıqca xəstəlik riski də artır.

Digər tərəfdən, tədqiqatçılar həm yol səs-küyünə, həm də hava çirkliliyinə məruz qalanların yüksək təzyiqdən əziyyət çəkmə ehtimalının daha çox olduğuna diqqət çəkiblər.

Ümumdünya Səhiyyə Təşkilatının hazırkı məlumatlarına görə, dünyada 1,28 milyard hipertoniya xəstəsi var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »