Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin həbsxana klinikasına köçürülməsi təhlükəlidir - Hüquq müdafiəçisi
Saakaşvilinin həbsxana klinikasına köçürülməsi təhlükəlidir - Hüquq müdafiəçisi

Gürcüstanda tanınmış hüquq müdafiəçi Levan İoseliani Saakaşvilinin həbsxana klinikasına köçürülməsini onun səhhəti üçün təhlükəli hesab edir.

Bizimyol.info xəbər verir ki, Saakaşvilinin 2022-ci ilin may ayından qaldığı “Vivamedi” klinikası penitensiar müəssisələrin tibb xidmətindən onun müalicədən imtina etdiyinə görə tibb müəssisəsində qalmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyi xahiş edib. O, qida çatışmazlığından yaranan kaxeksiyadan müalicə olunur.

“Hüquq müdafiəçiləri bunu müzakirə etdi və onun həbsxana klinikasına qaytarılmasının sağlamlığı üçün təhlükəli ola biləcəyi ilə bağlı qərara gəliblər. Məndə olan məlumata görə, bu fikrlə şura üzvləri də razıdırlar. Mən Saakaşvili ilə bağlı hüquq müdafiəçisi tərəfindən müəyyən edilmiş bu mövqeyi dəstəkləyirəm", - İoseliani bildirib.

Onun sözlərinə görə, o, Saakaşvilinin vəziyyətini pisləşdirəcək belə hərəkətə yol verilməsini istəmir. Bu arada "Vivamedi" klinikası bəyan edib ki, eks-prezident müalicədən imtina edir, tibbi etika isə Saakaşvilinin zorla müalicə olunmasına imkan vermir. Eyni zamanda, klinika qeyd edir ki, Saakaşvilinin klinikada olması artıq klinikanın özünü təhlükə altına qoyur.

Ədliyyə Nazirliyi və klinikanın rəhbərliyi dəfələrlə bəyan ediblər ki, Gürcüstanın eks-prezidentinin səhhətinin pisləşməsi onun həkimlərin tövsiyələrinə əməl etməməsi, o cümlədən lazımi kalorili qidalardan imtina etməsi ilə bağlıdır. Bu arada ailə yanlış diaqnozda və yanlış müalicədə israr edir, Gürcüstanın eks-prezidentinin təcili olaraq xaricə müalicəyə göndərilməsini istəyirlər.

Tbilisi Şəhər Məhkəməsi fevralın 6-da Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını və ya möhlət verilməsini rədd edib. Hakim Giorgi Arevadze Saakaşvilinin müdafiəsi ilə dəvət olunmuş ekspertlərin diaqnozlarını şübhə altına alan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin nümayəndələrinin arqumentlərini daha tutarlı hesab edib. Martın 2-də bu qərarı Tbilisi Apellyasiya Məhkəməsi təsdiqləyib. Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb.

O vaxta qədər o, iki cinayət işi üzrə - deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv olunması ilə bağlı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi.

Bundan əlavə, Tiflis Şəhər Məhkəməsi ona qarşı üç işə - dövlət vəsaitinin mənimsənilməsinə, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılmasına və sərhədi qanunsuz keçməyə dair işə baxır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »