Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Si-Putin görüşü Rusiyaya dəstək üçün "ciddi mesaj"dır
Pentaqon: Si-Putin görüşü Rusiyaya dəstək üçün "ciddi mesaj"dır

"Çin lideri Si Cinpinq Moskvaya səfər edib, orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və bir sıra sənədlər imzalanıb. Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi şəraitində ölkələr arasında ikitərəfli tərəfdaşlığı təsdiq edilməsi, Çinin bu münaqişədə Rusiyanı dəstəkləməyə hazır olduğuna dair "narahatedici siqnal" sayıla bilər".

Bizimyol.info xəbər verir ki, belə bir bəyanatla ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində dinləmələr zamanı Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.

"Sinin Rusiyaya səfəri və onun bir neçə gün orada qalması, məncə, çox narahatedici dəstək mesajıdır. Hazırda Çinin Rusiyaya öldürücü silah yardımı göstərdiyinə dair heç bir dəlil olmasa da, Si Cinpinqin Moskvaya səfəri və onun Rusiya dövlət başçısı Putinlə görüşü mahiyyətcə Rusiya prezidentinə “dəstək nümayişi” idi ki, bu da, özlüyündə “çox narahatedicidir", - Ostin deyib.

Ostin qeyd edib ki, Çin Rusiyaya maddi dəstək verərsə, bu, potensial olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdirilməsinə təsir göstərəcək və təkcə regionda deyil, bütün dünyada təsirini genişləndirəcək.

20 mart 2023-cü ildə Çin lideri Si Cinpqin Moskvaya rəsmi səfər edib. Ertəsi gün o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb, burada digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə ediblər.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin müzakirəsi zamanı Çin lideri qeyd edib ki, “münaqişələr son nəticədə dialoq və danışıqlar yolu ilə həll olunur”. O, Çinin təqdim etdiyi “sülh planı”nı da xatırladıb, burada müharibə “Ukrayna böhranı” adlandırılıb.

Eyni zamanda, Amerika Müharibənin Tədqiqi İnstitutu Kreml rəhbərinin Si Cinpinqlə danışıqlar zamanı istənilən nəticəni əldə etmədiyini vurğulayıb. Xüsusilə, Putin Çin hakimiyyəti ilə daha sıx ikitərəfli tərəfdaşlıq barədə razılığa gəlməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »