Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pilotlar Netanyahunu Londona aparacaq təyyarəni idarə etməkdən imtina ediblər
Pilotlar Netanyahunu Londona aparacaq təyyarəni idarə etməkdən imtina ediblər

İsrailin baş naziri Benyamin Netanyahunun cümə axşamı gecə səfər etməyi planlaşdırdığı Böyük Britaniyaya uçuşu uzun sürən daxili siyasi məsləhətləşmələr səbəbindən cümə günü səhərə qədər təxirə salınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı “The Times of Israel” məlumat yayıb.

Nəşrin yazdığına görə, baş nazirin təyyarəsi şərti olaraq səhər tezdən, yerli vaxtla saat 04:00 radələrində Londona uçmalıdır. Netanyahunun ofisinin nümayəndəsinin sözlərinə görə, səfərin təxirə salınması Knessetdə (parlamentdə) "uzun sürən səsvermə və qanunvericilik fəaliyyətinin qrafiki" ilə əlaqədardır.

Öz növbəsində Britaniyanın “The Daily Telegraph” qəzeti cümə axşamı iddia edib ki, İsrailin baş naziri Böyük Britaniyaya səfərini təxirə salmağa məcbur olub, çünki heç bir pilot onu Londona aparmağa razı olmayıb. Nəşrin Krallığın Nazirlər Kabinetindəki mənbəsinin sözlərinə görə, buna İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar səbəb olub.

İlkin olaraq Netanyahunun cümə axşamı günortadan sonra Londona yola düşməsi planlaşdırılırdı, bu zaman müxalifət baş nazirin təyyarəyə minməsinin qarşısını almaq üçün Ben Qurion hava limanı yaxınlığında etiraz aksiyası hazırlayıb. Əvəzində Netanyahu ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları ilə bağlı axşam saatlarında həmvətənlərinə televiziya ilə müraciət edib.

O, çıxışında bunu bildirib ki, opponentlərin tənqidini nəzərə alır, lakin bu planın həyata keçirilməsini davam etdirmək niyyətindədir və əlavə edib ki, əvvəllər opponentlər onu istefa ilə hədələdiyi üçün “əli bağlı idi”, indi isə islahatı şəxsi nəzarətinə götürmək niyyətindədir. Bu arada, cümə axşamı Knesset hökumət başçısının səlahiyyətləri haqqında qanunu təsdiqləyib və bu qanun baş nazirin fəaliyyət qabiliyyəti olmadığına görə vəzifədən azad edilməsinə imkan verən halların siyahısını məhdudlaşdırıb.

Qeyd edək ki, ötən ilin sonunda and içən Netanyahunun kabinetinə qarşı müxalifətin kütləvi etirazları yanvarın əvvəlindən başlayıb. Etirazlara səbəb yeni hökumətin təklif etdiyi, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutan məhkəmə islahatları olub.

Müxalifətin fikrincə, bu islahat dövlətin demokratik əsaslarını sarsıdır. Netanyahu israr edir ki, onun hökuməti demokratik seçkilərdən sonra formalaşıb və müxalifətin qarşıdurma ritorikasına baxmayaraq, seçicilərin əksəriyyətinin səs verdiyi proqramı həyata keçirəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »