Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Rusiya Avropa Şurasına qayıtmayacaq
XİN: Rusiya Avropa Şurasına qayıtmayacaq

"Rusiya son bir ildə əmin olub ki, Avropa Şurasından (AŞ) çıxmaq düzgün qərardır və Kremil bu təşkilata bir daha qayıtmayacaq".

Bizimyol.info xəbər verir ki, bunu ölkə mətbuatına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Son bir il ərzində biz yalnız edilən seçimin düzgünlüyünə əmin olduq. Strasburqla "ayrılmağımız" şıltaqlıq deyil, çox düşünülmüş və bir neçə il ərzində yetişmiş qərar idi. İndiki Avropa Şurası heç də bizim 1996-cı ildə qoşulduğumuz təşkilat deyil. İkili standartlar, ikiüzlülük və rusofobiya onun xarakterik cəhətlərinə çevrilib. Aydındır ki, belə bir Avropa Şurası ilə biz öz yolumuzu birləşdirə bilmərik”,- diplomat deyib.

Kobrinets qeyd edib ki, Avropa Şurasının Xartiyasında bəyan edilən birləşdirici prinsiplər və demokratik ideallar “blok maraqlarına qurban verilib”. Onun sözlərinə görə, Qərb təşkilatı özünün ideoloji əlavəsinə çevirib və ondan “şübhəli “proqressiv” dəyərlər və Rusiyaya açıq təzyiq” tətbiq etmək üçün istifadə edib. "Səhifə qapandı. Təəssüf ediləcək bir şey yoxdur", - dedi.

"Strasburqdakı qərblilər AŞ-nin onların səyləri ilə degenerasiya olunduğunu anlamadan zəhərlərini böyük vedrələrə tökməyə davam edəcəklər. Bu, artıq bizə aid yer deyil", - deyə Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru yekunlaşdırıb.

O vurğulayıb ki, Rusiya Avropa Şurasında qaldığı bütün 26 ili “qara boya ilə ləkələmək” niyyətində deyil.

"Xüsusilə Rusiya qanunvericiliyinin inkişafı üçün çoxlu faydalı məsələlər var idi. Amma indi bu, keçmiş mərhələdir", - diplomat yekunlaşdırdı.

Qeyd edək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxıb. Rusiya Xarici İşlər Nazirliyindən bununla bağlı verilən açıqlamada: “NATO və Avropa İttifaqı dövlətləri Avropa Şurasındakı çoxluqdan sui-istifadə edərək, bu təşkilatı ardıcıl olaraq anti-Rusiya siyasətinin alətinə çevirir, bərabərhüquqlu dialoqdan və bütün prinsiplərdən imtina edirlər. Hansı ki, bu ümumavropa strukturu yaradılıb”, - deyə bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »