"İlk dörd "MiQ-29" qırıcısı təhlükəsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib və artıq Slovakiya Respublikası ərazisini tərk ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yaroslav Nad "Facebook"da bildirib.
“Slovakiya sağ tərəfdədir və biz bir ölkə olaraq bu jestlə müasir dünya tarixinə vaxtında yardımdan, səmimi həmrəylikdən və millətin əzəmətindən bəhs edən sözümüzü böyük hərflə qeyd etdik", - deyə o yazıb.
Nad vurğulayıb ki, Slovakiya Ukraynanı dəstəkləməyə sadiqdir: “Biz doğru iş görürük, çünki Ukraynanı işğal edən Rusiyadır, Ukrayna ərazisində olan Rusiyadır. Müharibə yalnız Rusiya qoşunlarını çıxardığı zaman bitəcək”, - deyə o qeyd edib.
Köçürmə Slovakiya Hərbi Hava Qüvvələri və digər qoşunlarla razılaşdırılaraq, transferin təhlükəsizliyini və lazımi sənədləri təmin edən ukraynalı pilotlar tərəfindən həyata keçirilib. Qalan təyyarələr yaxın həftələrdə Ukraynaya təhvil veriləcək. Lakin əməliyyat səbəblərinə görə Slovakiya əvvəlcədən əlavə məlumat verməyəcək.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib və ya təsdiq etməyib. Martın 16-da Polşa prezidenti Andjey Duda ilk dörd "MiQ-29"un təhvil verilməsini elan edib. Kiyev vəd edilmiş qırıcıların qalan hissəsini bir il ərzində qəbul edəcək.
Ümumilikdə Slovakiya Ukraynaya 13 "MiQ-19", Polşa isə 10 ədəd "MiQ-19" vəd edib. "MiQ-29"un təhvil verilməsi Qərb ölkələri arasında Ukraynaya qırıcı təyyarələrin verilməsinə dair müzakirələrdə kompromis olub. Ukraynalı pilotlar bu təyyarələrə yaxşı bələddirlər, ona görə də aylarla davam edən təlimlərə vaxt itirmədən onlara minə biləcəklər.
Ukrayna isə ərazilərin işğaldan azad edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinə hava üstünlüyü əldə etməyə imkan verəcək müasir aviasiyaya ehtiyacı olduğunu israrla bildirirdi.
Qadir, Bizimyol.info