Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və Rusiyanın "Yeni Dünya Nizamı" nəyi nəzərdə tutur?..
Çin və Rusiyanın "Yeni Dünya Nizamı" nəyi nəzərdə tutur?..
Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 40-cı görüşü tarixi əhəmiyyət kəsb edir. İki lider Rusiya-Çin hərtərəfli tərəfdaşlığının və yeni dövr üçün strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyanat imzalayıblar. Belə ki, 21 mart 2023-cü il tarixli bu bəyanat 4 fevral 2022-ci il tarixli bəyanatın genişləndirilmiş və dərinləşdirilmiş davamıdır - hər ikisi “Yeni Dünya Nizamı”nin elanıdır.

Bu çox əhatəli bəyanatın diqqətəlayiq mesajlarını araşdırsaq, bunu niyə “Yeni Dünya Nizamı” adlandırdığımızı daha yaxşı başa düşə bilərik.

Yeni bir dövrə start verilir

Bəyannamədə çoxqütblü iqtisadi qloballaşma və beynəlxalq münasibətlərin demokratikləşməsinin yeni dövrü qeyd olunur. Dövr, bu prinsiplər üzərində qurulacaq:

1 - Heç bir ölkə digərindən üstün deyil, heç bir dövlət modeli universal deyil və heç bir ölkə beynəlxalq nizamı diktə edə bilməz.

2 - Bəyanatda Çin və Rusiya arasındakı münasibətlər Soyuq Müharibə dövrünün modelini aşan bir növ münasibət kimi təsvir edilir.

3 - Hər bir ölkənin öz inkişaf modelini seçmək hüququna malik olduğu bildirilən bəyanatda ABŞ-ın qondarma ölkələrinin “demokratiya-avtokratiya” qarşıdurmasına etiraz edilir.

4 - Çin Avrasiya İqtisadi İttifaqını, Rusiya isə “Bir Kəmər və Yol”u dəstəkləyir. Tərəflər ikisinin və Böyük Avrasiya Tərəfdaşlığının inteqrasiyasının tərəfdarıdır.

Rəngli inqilablara qarşı əməkdaşlıq

Bəyanatda rəngli inqilablara qarşı hüquq-mühafizə qüvvələrinin əməkdaşlığını artıracağı vurğulanır. Həmçinin bildirilir ki, iki ölkə Mərkəzi Asiyaya rəngli inqilablar idxal etmək cəhdlərini və regionun işlərinə xarici müdaxilələri qəbul etmir.

İki ölkə Şərqi Türküstan İslam hərəkatı da daxil olmaqla, “üç şər qüvvəsi” ilə mübarizədə müvafiq nazirliklərin illik toplantılarına başlamaq qərarına gəlib. Eyni zamanda bir çox sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq inkişaf etdiriləcək.

Bəyanatda “Şimal axını” boru kəmərinə qarşı təxribatın qərəzsiz araşdırılması da qeyd olunub.

Dünyadakı problemləri həll etmək əzmi

Rusiya Çinin Ukrayna böhranının həlli təşəbbüsünü alqışlayır və Çinin təklif etdiyi 12 bəndlik sülh planına müsbət baxdığını bildirir.

Bəyanat Səudiyyə Ərəbistanı-İran normallaşmasını məqsədəuyğun hesab edir. Fələstin probleminin ikitərəfli həllinin, Suriyada siyasi həllin, Liviyanın bütövlüyünün qorunmasının və Fars körfəzi regionu üçün kollektiv təhlükəsizlik arxitekturasının yaradılması zəruri hesab olunur.

Çin və Rusiya Afrika, Latın Amerikası və Karib hövzəsi ilə bağlı məsələlərdə koordinasiyanı gücləndirmək qərarına gəlib. İki ölkə Arktikanın sülh, sabitlik və konstruktiv əməkdaşlıq regionu kimi qorunmasının tərəfdarıdır.

Bəyanatda ABŞ və müttəfiqlərinə xəbərdarlıq edilib: "Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Həmçinin, ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) qanuni tələblərinə cavab verməli və yenidən dialoqa başlamalıdır. Yaponiya Beynəlxalq Atom Enerjisi Agentliyinin dənizdəki nüvə qəzasına və onun nəticələrinə nəzarəti qəbul etməlidir".

Çin və Rusiya AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ - red) ilə bağlı narahatlığı olanlara da xəbərdarlıq edib:

“ABŞ-ın daxili və xaricdəki bioloji hərbi proqramları dünyanı təhdid edir. Birləşmiş Ştatlar Bioloji Silahlar Konvensiyasını pozaraq fəaliyyətini dərhal dayandırmalıdır”.

Həmçinin, “NATO digər ölkələrin suverenliyinə hörmət etməli və Asiya-Sakit okean ölkələri ilə hərbi təhlükəsizlik əlaqələrini gücləndirməyi dayandırmalıdır” – deyə, Çin və Rusiyanın birgə imzaladıqları “Yeni Dünya Nizamı”nda bildirilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »