Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya prezidenti ölkənin NATO-ya qəbulu ilə bağlı qanunları imzalayıb
Finlandiya prezidenti ölkənin NATO-ya qəbulu ilə bağlı qanunları imzalayıb
Finlandiya prezidenti Sauli Niiniste hökumətin iclasında NATO-ya üzv olmaq haqqında qanunları imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu, barədə mərasimdən görüntülər yaylıb.

Prezident tərəfindən imzalandıqdan sonra Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünün milli səviyyədə tanınması başa çatıb.

Türkiyə və Macarıstandan başqa, digər NATO ölkələri də Finlandiyanın üzvlüyünü ratifikasiya edib. Türkiyənin Xarici Əlaqələr Komitəsi Finlandiyanın NATO-ya üzvlüyü məsələsini cümə axşamı, martın 23-də müzakirə etməlidir. Finlandiyanın NATO-ya üzvlük məsələsinə Türkiyə parlamenti tərəfindən baxılması martın 24-ü və ya 25-də baş tuta bilər.

Macarıstan parlamentinin Finlandiyanın ərizəsinə martın 27-də baxacağı gözlənilir. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya mayın 14-də Türkiyə parlamentinə keçiriləcək seçkilərə qədər alyansa üzv ola bilər.

Martın 22-də İsveçin Riksdaq (parlamenti) NATO-ya üzvlüyün lehinə səs verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »