Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Finlandiyadan "F-18 Hornet" qırıcılarını istəyir - Media
Ukrayna Finlandiyadan "F-18 Hornet" qırıcılarını istəyir - Media

Ukrayna Finlandiyadan "F-18 Hornet" qırıcılarını ala bilər.

Bizimyol.info xəbər verir ki, Baş nazir Sanna Marinin Kiyevə səfərindən sonra hökumət artıq bu döyüş “maçınlarının” köçürülməsi üçün rəsmi sorğu göndərib.

Bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzetinin müdafiə idarələrindəki məlumatlara istinad edən materialında deyilir. Məqalədə qeyd olunur ki, indi qırıcıların Ukraynaya köçürülməsi məsələsi Kiyev, Vaşinqton və Helsinki arasında müzakirə mövzusudur. ABŞ-ın danışıqlarda iştirakı "F/A-18 Hornet" qırıcılarının Amerika müdafiə şirkətinin istehsalı olması ilə izah olunur.

Həmçinin qeyd olunur ki, Kiyev Finlandiyanın baş naziri Sanna Marinin Ukraynaya uğurlu səfərindən sonra (o, martın 10-da Ukraynanın paytaxtına səfərə gəlib) Kiyev təyyarələr üçün rəsmi sorğu göndərib. Daha sonra rəsmi qeyd edib ki, ölkə hökuməti bu məsələdə Ukrayna hakimiyyəti ilə tərəfdaşlığı istisna etmir.

“Düşünürəm ki, biz "Hornet" döyüş təyyarələrini müzakirə edə bilərik - onlar Ukraynaya təklif oluna bilərmi, bunun üçün hansı təlim lazımdır?", - deyə Marin qeyd edib.

Finlandiyada hazırda 62 "F/A-18 Hornet" qırıcısı xidmət edir. Helsinki "F/A-18" modelinin bitməsi ilə əlaqədar tezliklə hərbi aviasiya donanmasına yeni "F-35 Hornet" qırıcıları əlavə etməyi planlaşdırır.

Xatırladaq ki, Amerikanın "F/A-18 Super Hornet" qırıcıları dördüncü nəsil hərbi aviasiyaya aiddir. "F/A-18 Super Hornet" tək oturacaqlı yerüstü hücum təyyarəsidir və "F/A-18E/F Super Hornet"in təkmilləşdirilmiş versiyasında iki pilot oturacağı var.

Texniki xüsusiyyətləri arasında bir anda 12 "AIM-120" hava-hava raketini daşımaq və "AGM-158C LRASM" gizli raketləri ilə düşmən gəmilərini məhv etmək qabiliyyətini vurğulamağa dəyər. Həmçinin, qırıcılar bir növbədə düşmən hədəfinə 10-a qədər yüksək dəqiqlikli bomba ata bilər.

Belə bir qırıcının orta qiyməti 53-65 milyon dollar dəyərləndirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »