Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrel: Çin hələlik Rusiyaya silah vermir
Borrel: Çin hələlik Rusiyaya silah vermir

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Çinin Rusiyaya hələlik silahla kömək etmədiyi barədə fikir bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Aİ sammitinə gələrkən deyib.

“Mən bu gün qəbul etdiyimiz Ukraynaya mərmi tədarükü planının icrası barədə danışacağam. Bilirsiniz, 12 ayda 1 milyon mərmi və 2 milyard avro istifadə edilir", deyə o qeyd edib.

Jurnalistlərin Çin Rusiyaya kömək etsə nə baş verəcək sualına: “Çin hələ Rusiyaya kömək etmir", - Aİ-nin baş diplomatı cavab verdi. Bundan sonra Borrell daha ona unvanlanacaq sualları gözləmədən binaya daxil olub.

Martın 20-də Aİ xarici işlər nazirləri Ukraynaya mərmi istehsalı və tədarükü ilə bağlı üç mərhələli planı təsdiqləyiblər. Buraya 12 ay ərzində mövcud ehtiyatlardan bir milyon mərminin təcili çatdırılması daxildir ki, bunun üçün Avropa Sülh Fondundan 1 milyard avro ayrılacaq. Bundan əlavə, Aİ ölkələri 2 il müddətinə 155 mm çaplı mərmi istehsalı üçün ümumi sifarişlər verməlidir ki, bunun üçün daha 1 milyard avro ayrılacaq.

Uzunmüddətli perspektivdə Aİ ölkələri müxtəlif növ sursatların istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəliblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »