Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub
Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub

Martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edən Oqtay Əliyev bu gün dəfn olunub.

Bizimyol.info xəbər verir ki, Əməkdar mədəniyyət işçisi, tanınmış prodüser Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və mətbuat işçiləri iştirak edib.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı Oqtay Əliyev vəfat edib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva xəsarət alıblar.

Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

Son xəbərlər
Bütün xəbərlər »