Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la Çin arasında gərginlik artır
ABŞ-la Çin arasında gərginlik artır

Çin ordusundan verilən açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin Çin dənizindəki Parasel adaları ətrafındakı sulara icazəsiz girdiyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, Çin Cənub Əməliyyat Komandanlığının sözçüsü Tian Junli bütün tədbirlərin görülməyə davam edəcəyini bildirib. "Əməliyyat sahəsindəki hərbi qüvvələrimiz hər zaman yüksək hazırlıq vəziyyətində olacaq", - deyə o qeyd edib.

Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə aid idarəolunan raket döyüş gəmisi "USS Millius"un icazəsiz Çin ərazi sularına girdiyi iddia edilib. ABŞ Hərbi Dəniz Qüvvələri bu iddiaları təkzib edib. ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada adi əməliyyatların aparıldığı bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında: “Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, - deyilir.

“Reuters”in məlumatında bildirilir ki, ABŞ və Çin arasında son günlər gərginliyin artdığı müşahidə edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »