Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın həbs olunması fotoları sosial medianı ikiyə böldü
Trampın həbs olunması fotoları sosial medianı ikiyə böldü

Sabiq prezident Donald Trampın ABŞ-da həbs olunma ehtimalına qarşı ölkənin böyük şəhərlərində keçirilə biləcək etiraz aksiyalarına hazırlıqlar davam edərkən, sosial mediada ortaya çıxan görüntülər ölkə gündəminə çevrilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

ABŞ-da cinayəti ört-basdır etməyə cəhd, cinayətin xarakterindən asılı olmayaraq daha ciddi ittihama çevrilib. Trampın Stormi Danielsə 130.000 ABŞ dolları məbləğində “susmaq” ödəməsi ilə bağlı araşdırma aparılır və iddialar sübut edilərsə, keçmiş prezident həbs oluna bilər.

Tramp həbs olunarsa, o, cinayətdə ittiham olunan ilk ABŞ prezidenti olacaq. Çərşənbə axşamı həbs olunacağını iddia edən Tramp tərəfdarlarını etiraza çağırıb və ona qarşı irəli sürülən ittihamları rədd edib. Trampın iddiasının əksinə olaraq, çərşənbə axşamı günü o həbs olunmayıb. Lakin ölkə hələ də bu həbsin mümkünlüyü ilə bağlı həyəcan içindədir.

Gözlər prokurorluğun qərarına çevrilərkən, sosial şəbəkələrdə yayımlanan kadrlar birdən-birə ölkə gündəminə ilk sırada daxil olub. Trampın Nyu York Polis Departamentinin (NYPD) əməkdaşları tərəfindən saxlanıldığını göstərən kadrlar sosial mediada yayılıb. Deepfake fotolar bəzi Sosial Media istifadəçilərinin reaksiyasına səbəb olsa da, bunların saxta şəkillər olduğunu iddia edənlər də az deyil.

ABŞ-ın ən çox satılan qəzetlərindən olan "New York Post" (NY Post) "Trampın həbs olunduğunu iddia edən dəhşətli dərin saxta fotolar yayımlandı" başlığı ilə oxucularının qarşısına çıxıb. Xəbərdə süni intellektin köməyi ilə yaradılan kadrların 4 milyon baxış topladığı bildirilib.

"NY Post"un xəbərlərində o, aşağıdakı açıqlamaları verib: "Narahatedici dərəcədə real görünən kadrların çoxu "Twitter" istifadəçiləri tərəfindən geniş şəkildə paylaşıldı və bunun doğru olduğunu iddia edilir".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »