Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus və Pakistan arasında dialoq intensivləşir - Lukaşenko
Belarus və Pakistan arasında dialoq intensivləşir - Lukaşenko

"Belarus və Pakistan arasında dialoq intensivləşir, bir sıra ikitərəfli tədbirlər əməkdaşlığın genişlənməsinə töhfə verəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenkonun Pakistan Prezidenti Arif Alviyə Pakistan Günü münasibətilə təbrikində deyilir.

“Minsk və İslamabad arasında dialoq intensivləşir, ikitərəfli tədbirlər planlaşdırılır ki, bu da müxtəlif sahələrdə, ilk növbədə ticarət sahəsində əməkdaşlığın genişlənməsinə yüksək siyasi səviyyədə dəstək olmalıdır", - deyə prezidentin mətbuat xidməti bildirib ki, Lukaşenkonun cümə axşamı Pakistan rəhbərinə ünvanladığı təbrik bəktubunda qeyd edilib.

Onun sözlərinə görə, Pakistan xarici çağırışlara baxmayaraq, müstəqil inkişaf yolu ilə inamla gedir.

“Bu tarix xarici çağırışlara baxmayaraq, müstəqil inkişaf yolu ilə inamla addımlayan ölkənizin formalaşması və suverenliyinin toxunulmazlığının əsl rəmzidir. Belarus Pakistanla qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan ənənəvi yaxşı münasibətlərə böyük əhəmiyyət verir”, - dövlət başçısı qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »