Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Kremli qorxuya salan raketi ilə bağlı Rusiyaya tövsiyə verib
ABŞ Kremli qorxuya salan raketi ilə bağlı Rusiyaya tövsiyə verib

"ABŞ Rusiyaya məsləhət görüb ki, döyüş meydanında tanklarının bu raketlərlə vurulacağından ehtiyat edirlərsə, qoşunlarını işğal etdiyi Ukrayna ərazilərindən çıxarsınlar".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın Ukraynaya tükənmiş uran sursatının tədarükünə reaksiyasını şərh edərkən deyib.

“Bu tip döyüş sursatları çox yayılıb və onilliklər ərzində istifadə olunur. Düşünürəm ki, burada əsl təhlükə odur ki, Rusiya Ukraynanın onun tanklarını sıradan çıxarmağa davam etməsini istəmir", - Kirbi keçirdiyi brifinqində verdiyi bəyanatda qeyd edib.

O qeyd edib ki, tükənmiş uran sursatları heç bir radiasiya təhlükəsi yaratmır.

“Əgər ruslar həqiqətən də bundan narahatdırlarsa və onların tanklarının tam döyüşə hazır olmasından çox narahatdırlarsa, onları sadəcə olaraq işğal etdikləri Ukrayna ərazilərindən öz qoşunlarını geri - Rusiya Federasiyası sərhədləri daxilinə çəkə bilərlər", - Kirbi deyib.

Böyük Britaniya Ukraynaya tank eskadrilyasında istifadə oluna bilən tükənmiş uran raketləri verəcək. Bu sursatların istifadəsi heç bir şəkildə tənzimlənmir. Bundan əlavə, tükənmiş uran raketləri kimyəvi və ya nüvə silahı sayılmır.

Hərbi ekspert Sergey Zqurets qeyd edib ki, buna görə Rusiyada isteriya başlayıb, ona özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko da qoşulub. Zquretsin fikrincə, bu sursatlar düşmən tankları ilə mübarizədə kifayət qədər effektiv vasitədir.

Qeyd edək ki, tükənmiş uran raketləri barədə fikri Rusiya prezidenti Vladimir Putin Çinin dövlət başçısı Si Cinpinqlə görüşü zamanı denişdi. O, Qərbi atom silahından istifadə etməkdə günahlandırmışdı.

Qərb ekspertləri bildiriblər ki, Rusiya prezidentinin belə bir raketin mövcudluğu barədə məlumatsız olması mümkün deyil. Qeyd olunur ki, Putin bu fikirlərlə kütləyə təsir etməyə çalışıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »